Öcalan bu gün PKK-ya çağırış edəcək.
Onews.az-ın xəbərinə görə, bu gün PKK terror təşkilatının lideri Abdullah Öcalanınİmralı həbsxanasından təşkilatı tərk-silah olmağa çağıracağı gözlənilir.
Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, Öcalanın çağırışını PKK-ya bağlı
Xalqların Birliyi və Demokratiya Partiyasının (DEM) onunla bu gün həbsxanadagörüşəcək heyəti oxuyacaq, çıxış Diyarbəkir və Van şəhər meydanlarında nəhəng
ekranlarda yayımlanacaq.