Azərbaycanda müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahan ödənişli olacaq.
Onews.az-ın əldə etdiyi məlumata görə, məsələ ilə bağlı müzakirələr aparılıb və tezliklə bu barədə ictimaiyyətə məlumat veriləcək.
İmtahanın qiyməti hələlik məlum deyil, bir sıra həssas qrupa məxsus şəxslərin ödənişdən azad ediləcəyi bildirilir.
Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Fuad