• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Ağdərənin yenidən dirçəlişi: tarix və müasir inkişaf

Gündəm

Bu gün, 12:43
Ağdərənin yenidən dirçəlişi: tarix və müasir inkişaf

Ağdərə Azərbaycanın Qarabağ bölgəsində yerləşən və zəngin tarixi keçmişə malik rayonlarından biridir. Rayon 1992-ci ildə Azərbaycanın inzibati-ərazi sistemində mövcud olub, həmin il ləğv edilərək ərazisi Ağdam, Kəlbəcər və Tərtər rayonları arasında bölüşdürülüb. Birinci Qarabağ müharibəsi nəticəsində Ağdərə şəhəri və rayonun ərazisi uzun illər işğal altında qalıb, bölgənin dinc əhalisi doğma yurdlarından didərgin düşüb, yaşayış məntəqələri dağıdılıb və tarixi-mədəni irsə ciddi ziyan vurulub.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər nəticəsində Qarabağın bir sıra bölgələri, o cümlədən Ağdərə istiqamətində mühüm ərazilər işğaldan azad edildi. 2023-cü il sentyabrın 19–20-də keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra isə Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində tam bərpa olundu. Bununla da Ağdərənin tarixində yeni mərhələnin başlanması üçün əsas yarandı.
Bu tarixi nəticənin əldə olunmasında uzun illər ərzində həyata keçirilən ordu quruculuğu, Azərbaycanın iqtisadi və müdafiə potensialının gücləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, eləcə də dövlətin ardıcıl siyasəti mühüm rol oynadı. Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Zəfər və 2023-cü ildə dövlət suverenliyinin tam bərpası nəticəsində işğal faktına son qoyuldu və tarixi ədalət bərpa edildi.
Ağdərənin dövlətçilik tarixindəki statusu da yenidən təsbit edildi. 2023-cü il dekabrın 5-də qəbul edilən qanunla Ağdərə rayonu Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsünə yenidən daxil edildi. Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə isə hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.
Tarixi köklər
Qarabağ bölgəsindəki ən qədim yaşayış məskənlərindən biri olan Ağdərə əsrlər boyu formalaşan mürəkkəb tarixi yol keçib. Aparılan araşdırmalar göstərir ki, Ağdərənin ilkin adları "İsfahançıq", "Hunaşen" və "Xonaşen" olub. "Xonaşen" toponimi "Hum" və "Şen" sözlərinin birləşməsindən yaranıb. "Şen" sözü erməni deyil, qədim türk mənşəli söz olub, "yaşayış yeri", "abad yer" mənasını daşıyır. Ağdərə adının özü isə "kiçik, dayaz" mənasını verən "ağ" sözü ilə "çay yatağı" mənasını daşıyan "dərə" sözünün birləşməsindən yaranıb.
Arxiv sənədlərinə əsasən, XIX əsrin sonuna qədər bu ərazidə erməni əhalisi heç vaxt say üstünlüyünə malik olmayıb; ermənilərin bölgəyə köçürülməsi əvvəlcə çar Rusiyasının, sonra isə sovet siyasətinin nəticəsi kimi sürətlənib.


Bərpa və infrastruktur layihələri
Ağdərənin inzibati statusunun bərpasından sonra rayonda genişmiqyaslı quruculuq və infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılıb. Prezident İlham Əliyevin Ağdərəyə etdiyi mütəmadi səfərlər işğaldan azad olunmuş ərazilərdə infrastrukturun sürətlə bərpa olunduğunu əyani şəkildə göstərir. Ötən il Sərsəng su anbarından Umudlu kəndinə yeni avtomobil yolu istifadəyə verilib, Suqovuşan kəndində yaşayış kompleksi açılıb, məscid fəaliyyətə başlayıb, Kolatağ kəndində isə fərdi evlərin və infrastrukturun bərpası işləri həyata keçirilib.
Bu proses 2026-cı ilin əvvəlində də davam edib: yanvarın 13-də Prezident İlham Əliyev Ağdərənin Çapar, Heyvalı, Çıldıran, Canyataq və Aşağı Oratağ kəndlərinə səfər edərək görülən işlərlə tanış olub.
Bərpa təkcə yaşayış məntəqələri ilə məhdudlaşmır. Prezident İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq, Ağdərə rayonunda, regionun ən iri su arteriyası olan Tərtərçay üzərində "Qozlukörpü" Su Elektrik Stansiyası inşa edilib. Bununla yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dağ-mədən sənayesi üzrə işə başlayan ilk layihə olan "Dəmirli" Filiz Emalı Kompleksi fəaliyyətə başlayıb.
Yanvar ayındakı səfər zamanı Prezident həmçinin Xüsusi Əməliyyat Mərkəzinin təməlqoyma mərasimində iştirak edib və Ağdərə şəhərinin Baş planı ilə tanış olub. Baş Plana əsasən, 20 illik perspektiv dövr üçün şəhər əhalisinin sayının 14 min nəfər olması proqnozlaşdırılır; xəstəxana, məktəb, peşə məktəbi və uşaq bağçasının inşası nəzərdə tutulur.
Beləliklə, sənaye və enerji infrastrukturunun formalaşması, eləcə də şəhərin strateji planlaşdırılması göstərir ki, Ağdərədə quruculuq artıq təkcə yaşayış məntəqələrinin bərpası ilə deyil, daha geniş və sistemli bir inkişaf konsepsiyası ilə paralel aparılır.
Ağdərənin tarixi yolu qədim türk-Azərbaycan yaşayış məskənindən sovet dövründəki inkişafına, işğal illərinin faciəsindən azadlıqdan sonrakı bərpasına qədər bu torpağın Azərbaycana məxsusluğunun canlı sübutudur. Bugünkü Ağdərə isə "Böyük Qayıdış" proqramının uğurla icra olunan real nümunəsi, gələcəyə inamla baxan Qarabağın bir hissəsi kimi yenidən formalaşır.

Suğra Babayeva – Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyinin
Uşaq və gənclərin inkişafı şöbəsinin aparıcı məsləhətçisi,
YAP Nərimanov rayon Təşkilatının fəal üzvü

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

7-09-2024, 22:08

Deputat seçicilərinə səsləndi: "Bundan qürur duyuram..."

Gündəm

Dünən, 14:50

20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Gündəm

Dünən, 14:52

20 Sentyabr - Dövlət Suverenliyi Günü və otuz illik həsrətin şanlı sonu

Gündəm

16-09-2026, 15:43

20 Sentyabr – Dövlət Suverenliyi Günü

Siyasət

28-05-2024, 11:04

Deputat Jalə Əhmədova: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”

Gündəm

19-09-2024, 13:13

XİN-dən Ermənistana sillə kimi CAVAB

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Bu gün, 12:53
    20 Sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü
  • Bu gün, 12:47
    20 Sentyabr Dövlət Suverenliyi Günü
  • Bu gün, 12:43
    Ağdərənin yenidən dirçəlişi: tarix və müasir inkişaf
  • Bu gün, 12:41
    Suverenliyin Zəfəri: Qarabağdan başlayan yeni tarix
  • Bu gün, 12:33
    Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın əhəmiyyəti
  • Bu gün, 12:03
    Erməni revanşistlərin quyruq acısının pərdə arxası detalları
  • Bu gün, 11:58
    Diplomatik səfərə qarşı kampaniya Ermənistanın sülh gündəminə ziddir
  • Dünən, 14:52
    20 Sentyabr - Dövlət Suverenliyi Günü və otuz illik həsrətin şanlı sonu
  • Dünən, 14:50
    20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • Dünən, 14:46
    Sülh, birlik və həmrəyliyin mesajları: Prezident İlham Əliyevin dini liderlərlə görüşündən diqqətçəkən məqamlar
  • Dünən, 14:44
    20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü: Tarixi Zəfərin yeni səhifəsi
  • Dünən, 14:39
    Bakıda dini liderlərin görüşü: mənəvi həmrəyliyin mühüm ünvanı
  • Dünən, 14:35
    20 Sentyabr – Zəfər tariximizin suverenlik səhifəsi
  • Dünən, 14:29
    Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərdən quruculuğa uzanan yol
  • Dünən, 14:22
    20 Sentyabr – Dövlət Suverenliyi Günü: Müstəqilliyimizin, Birliyimizin və Gələcəyə Baxışımızın Rəmzi
  • Dünən, 14:16
    Seyid Yəhya Bakuvi irsindən Türk dünyasının mənəvi birliyinə
  • Dünən, 14:09
    Dövlət Suverenliyi – Azərbaycan xalqının milli sərvəti
  • Dünən, 13:58
    20 Sentyabr – azad edilmiş şəhərlərdə yeni həyatın başlanğıcı
  • Dünən, 13:51
    20 Sentyabr–Xankəndi,Xocalı,Xocavənd və Ağdərə şəhərlərinin tariximizdəki yeri
  • 16-09-2026, 20:30
    20 Sentyabr — Dövlət Suverenliyi Günü: müstəqilliyin və qələbənin rəmzi
  • 16-09-2026, 15:53
    Xankəndidən Xocalıya: Böyük Qayıdışın ünvanları
  • 16-09-2026, 15:43
    20 Sentyabr – Dövlət Suverenliyi Günü
  • 16-09-2026, 15:01
    20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
  • 12-09-2026, 20:36
    YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib.
  • 3-09-2026, 23:12
    Vətən kimi sev məni - Günay Mirinin şeirləri
  • 3-09-2026, 23:10
    15 İyun: Azərbaycanın "Qayıdış" və İnkişaf Tarixi – Dövlətçilik Salnaməmizin Zirvəsi
  • 3-09-2026, 19:57
    ABŞ-ın ikinci adamı Bakıda nələr dedi?
  • 3-09-2026, 19:30
    Qələmin fəryadı: İnsan acizliyinin portreti
  • 31-08-2026, 12:03
    Təbiətin dəyişməz balansı və milli kimliyin mənəvi şifrələri
  • 26-08-2026, 23:50
    Laçın: İşğaldan azad olunan torpaqda yenidən qurulan həyat
  • 26-08-2026, 14:58
    Müasir Azərbaycan Qadınının Zirvəsi: Mehriban Əliyeva!
  • 25-08-2026, 13:15
    Laçın şəhəri Günü: Qaranlıq gecələrdən aydın səmalara qucaq açan diyar
  • 25-08-2026, 13:15
    Prezidentin Özbəkistan səfəri: Yeni inkişaf erasının başlanğıcı!
  • 25-08-2026, 13:13
    Prezidentin Özbəkistan mediasına müsahibəsi yeni "Yol xəritəsi"dir
  • 25-08-2026, 13:12
    Azərbaycan–Özbəkistan münasibətlərində yeni strateji mərhələ
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə