• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

200 nəfər öldürüldü, onlarla insan isə Kür çayına atıldı: Etirazçılar Bağırovu tələb etdilər...

Araşdırma

8-01-2025, 22:05
200 nəfər öldürüldü, onlarla insan isə Kür çayına atıldı:

1956-cı ilin fevralında SSRİ Kommunist Partiyasının XX qurultayı işinə başlayır.

Qurultay 11 gün davam edir.

Onews.az-ın araşdırmasına görə, SSRİ rəhbəri Nikita Xruşşov ilk dəfə sələfi İosif Stalinlə bağlı məruzəsində “şəxsiyyətə pərəstiş” ifadəsini işlədir.

Daha sonra istehza ilə “gürcü xalqının böyük oğlu İosif Çuqaşvili” ifadələrinə yer verir.

Ardınca SSRİ rəhbəri deyir ki, Stalinin bütün heykəlləri və büstləri götürülsün.
Xruşşov Stalinin sovet xalqını qırğına verdiyini, Leninə və kommunizmə xəyanət etdiyini dilə gətirir.
SSRİ rəhbərinin bu fikirləri qəzetlərdə dərc edilmir.

Amma yerli özünüidarə orqanlarına tapşırılır ki, Xruşşovun göstərişləri icra olunsun.

Xruşşovun bu qərarı Gürcüstanda etirazlarla qarşılanır.

Gürcülər Xruşşovun Stalinin timsalında özlərinin aşağılandığını düşünürlər.
Nəticədə martın 4-də 6 gün davam edəcək qanlı etiraz aksiyalarına start verilir.
İnsanlar Tiflisin Rustaveli prospektinə - Stalinin heykəli önünə axışırlar.
Hadisələrin ilk günü dinc aksiyalar baş tutur.

Moskva hadisələri nəzarətə götürsə də, proseslərə müdaxilə etmir.
İkinci gün Stalinin doğulduğu Qoridən iki atyor gətirilir.

Onlar qrimlənərək Lenin və Stalinin prototiplərini canlandırırlar.
Heykəlin önündə rəmzi salamlaşaraq insanlara gülümsəyirlər.
Daha sonra Tiflis Dövlət Universitetinin tələbələri və müəllimlər aksiyaya qoşulurlar.
Aksiyaların üçüncü günü Tiflisin əsas meydanına on minlərlə adam toplaşır.

Etirazları hiddətləndirən əsas səbəb isə Stalinin ölümünün 3-cü ildönümündə qəzetlərdə onun haqqında heç nəyin verilməməsi idi.
Növbəti güün etirazçılar şüarı dəyişirlər və müstəqillik tələbləri meydanda asimana bülənd olur.
Kremldə hər kəs başını itirir.
Vəziyyət nəzarətdən çıxmağa başlayır.

Bu zaman Tiflis küçələrində aksiyalar açıq-aşkar antisovet xarakter almağa başlayır.
Buradakı insanlar 1918-1921-ci illərdə mövcud olan müstəqil Gürcüstan Demokratik Respublikasının “Dideba” adlı himnini oxuyurdular.
Hətta Gürcüstanın SSRİ-dən ayrılmasını təklif edən vərəqələr yayılır.

Daha da radikallaşan kütlə Nikita Xruşşovun, Nikolay Bulqaninin, Anastas Mikoyanın ölkə rəhbərliyindən uzaqlaşdırılmasını tələb edirlər.
Etirazçılar sözügedən məruzənin ləğv edilməsini və başqa tələblər irəli sürürlər.

Azərbaycan Sovet Sosialist Respublikasının keçmiş rəhbəri Mircəfər Bağırovun həbsdən buraxılması da səslənən tələblər arasında idi.
Martın 9-da sovet qoşunları Tiflis küçələrində görünməyə başlayır.

Kür çayı boyunca hərəkətə keçən tanklar etirazçılara atəş açır.
Nəticədə 20 dəqiqə ərzində 200-dən çox adam qətlə yetirilir.
Hətta bəzi yaralılar ölməmək üçün özlərini Kür çayına atırlar.

Rəsmi məlumatlarda isə 22 nəfərin öldüyü, 44 nəfərin yaralandığı, 200 insanın həbsə atıldığı bildirilir.
Stalinin Tiflisdəki heykəlinin qarşısında qrimlənən aktyorlar də güllə-baran edilir.

Hadisə şahidlərinin bildirdiyinə görə, etirazlar nəticəsində ölənlərin sayı əslində 800-dən çox olub.
İddialara əsasən 600-dən çox insanın meyiti gecə ikən küçələrdən yığılır və naməlum istiqamətə aparılır.
Öldürülənlərin yarısından çoxu 17-18 yaşlı tələbələr və müəllimlər idi.

Onların arasında Gürcüstanın tanınmış şair və yazıçıları, mütəfəkkirləri də yer alırdı.
Həbs olunanlar arasında müstəqil Gürcüstanın gələcək prezidenti Zviad Qamsaxurdiya da var idi.

O, uşaqlıq dostu, Gürcüstanın Milli Qəhrəmanı Merab Kostava ilə birgə ruhi psixatriya xəstəxanasında saxlanılırdı.
Mart hadisələri sonralar Gürcüstan tarixinə “qanlı və şanlı dirəniş günü” kimi daxil olur.

Turan

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

14-01-2025, 13:00

200 nəfər öldürüldü: Etirazçılar Bağırovu tələb etdilər...

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət

25-10-2024, 10:10

2 min şirin su bulağı və 22 mineral su yatağı: Sakartvelo haradır?

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Dünən, 16:38
    YAP-ın VIII Qurultayı – yeni mərhələnin prioritetləri
  • Dünən, 16:28
    Dövlətçilik və milli həmrəyliyin yeni inkişaf mərhələsi
  • Dünən, 15:26
    YAP-ın VIII Qurultayı: tarixi irsdən müasir çağırışlara doğru
  • Dünən, 15:14
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Azərbaycanın yeni siyasi mərhələsinin mühüm hadisəsi
  • Dünən, 14:59
    YAP-ın VIII Qurultayı Azərbaycanın strateji prioritetlərini ön plana çıxarır
  • Dünən, 14:49
    Müstəqilliyin möhkəmləndirilməsi yolunda yeni siyasi mərhələ
  • 4-10-2026, 19:39
    4 Oktyabr – Cəbrayıl şəhəri günü
  • 4-10-2026, 15:04
    Yeni Azərbaycan Partiyasının VIII qurultayı: Yeni "Yol xəritəsi" nələrdir?
  • 4-10-2026, 14:29
    Yeni Azərbaycan Partiyasının VIII qurultayı: Yeni "Yol xəritəsi" nələrdir?
  • 4-10-2026, 14:26
    4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür
  • 4-10-2026, 14:25
    27 Sentyabr – Anım Günü
  • 1-10-2026, 15:57
    Cəbrayılın azadlığı: Zəfərdən Böyük Qayıdışa uzanan yol
  • 1-10-2026, 15:47
    4 Oktyabr – Cəbrayıl Şəhəri Günü
  • 1-10-2026, 15:09
    Cəbrayılın yeni həyatı – Zəfərdən quruculuğa uzanan yol
  • 1-10-2026, 14:47
    Cəbrayıl – tarixi yaddaşdan Böyük Qayıdışa
  • 1-10-2026, 14:37
    Cəbrayılın azadlığı – Zəfər tariximizin parlaq səhifəsi
  • 1-10-2026, 14:13
    Cəbrayılın Zəfər günü
  • 30-09-2026, 16:47
    3 OKTYABR 1993: AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİNYENİ İNKİŞAF MƏRHƏLƏSİ
  • 30-09-2026, 16:37
    Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi Azərbaycanın tarixində dönüş nöqtəsi oldu
  • 30-09-2026, 16:33
    3 oktyabr 1993-cü il – Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi
  • 30-09-2026, 16:30
    3 oktyabr 1993-cü ildə Heydər Əliyevin Prezident seçilməsi
  • 30-09-2026, 16:23
    Heydər Əliyevin siyasi qayıdışı və Azərbaycanın sabitlik mərhələsi
  • 30-09-2026, 16:12
    Dövlətçilik tariximizin dönüş nöqtəsi: 3 oktyabr 1993-cü il
  • 30-09-2026, 15:57
    3 oktyabr 1993-cü il – Azərbaycanın taleyində mühüm gün
  • 30-09-2026, 15:52
    3 Oktyabr: Milli Dövlətçiliyinin yeni mərhələsinin başlandığı gün...
  • 30-09-2026, 15:47
    Yeni Qlobal İqtisadi Memarlıq və Azərbaycanın Davamlı İnvestisiya Strategiyası.
  • 29-09-2026, 16:07
    Dayanıqlı iqtisadi inkişafın əsas istiqamətləri: enerji, logistika və yeni investisiyalar
  • 29-09-2026, 16:03
    Azərbaycanın gələcəyinə investisiya: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda əsas mesajlar
  • 29-09-2026, 16:00
    İNVESTİSİYA MƏSƏLƏSİNƏ YENİ BAXIŞ: BAKIDAN VERİLƏN MESAJLARIN İQTİSADİ MƏNASI
  • 29-09-2026, 15:52
    Bakıdan dünyaya açılan yeni iqtisadi əməkdaşlıq imkanları
  • 29-09-2026, 15:49
    Azərbaycanın investisiya siyasətində yeni inkişaf mərhələsi
  • 29-09-2026, 14:41
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Yeni iqtisadi gözləntilər nələrdir?
  • 29-09-2026, 14:37
    Azərbaycan investisiya üçün yeni imkanlar və etibarlı tərəfdaşlıq məkanıdır
  • 29-09-2026, 14:26
    Azərbaycanın tranzit imkanları regional iqtisadi əməkdaşlığa yeni dinamika gətirir
  • 28-09-2026, 10:25
    27 Sentyabr – Anım Günü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə