• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Növbəti dəfə o şeirlərə yaxın düşməyin - Tural Turan YAZIR

Art

5-01-2025, 23:35
Növbəti dəfə o şeirlərə yaxın düşməyin - Tural Turan

Bəlkə də bir çoxlarınız onun poeziyasından, imzasından xəbərsizsiniz.

Bəlkə də onun şeirlərinə rast gələndə heç nə anlamadığınız üçün üzərindən səthi keçirsiniz.
Hikmət Nikbin poeziyası şeirlərdə özünü görənlər, özlərinə kənardan baxa bilənlər üçündür. Onun poeziyasının qanı bütün bəşəriyyəti dövr edir və yenidən gəlib həmin içdə, nəfəsdə birləşir.

...Dərəm axşamımdan yuxularımı,
sərəm payızların yorğunluğuna... – deyən şairin misralarında təkcə sükunətdəki zamanın donu açılmır, eyni zamanda, tənhalığın qazanında yeni bir ruh bişirir. Oxucunun ilk baxışda ənənəvi dad kimi hiss etdyi bu misralar əslində orijinallığın fərqli bir boyutudur. Onun şeirləri mənə daha çox nimdaş paltonun içərisindəki bir işıqlı adamı xatırladır.

Hikmət Nikbin şeirindəki orijinal qatlardan biri də bircə anın içərisində insanın təbiətə, təbiətin bəni-adəmə ustalıqla çevrilə bilməsidir. Azərbaycan poeziyasında poetik çevrilmə Hikmət bəyin yaradacılığının ana xəttini təşkil edir - desək, heç şübhəsiz ki, yanılmarıq:

...Harda düşürtmüşəm adam boyumu,
indilər gəmilər sinəmdə batır... – bu misralar dediklərimizin əyani (poetik) sübutlarından biridir.

Başqa bir şeirində isə şair öz adını tanrısallaşdırır. Poetik mənin ismi yenə də substantiv çevrilməyə məruz qalır. Bəlkə də bu ruhsallaşmanın bir çoxlarının anlam verə bilmədiyi qatıdır. Fikrimizcə, bu qatın adı ruhlarla kölgə oyunudur:

...Adım, məni çevir ayaqlarına,
səni qoyum gedim bu axşam ilə.
Əlimdən yuxarı Tanrı başlayır,
əlimdən yuxarı yaşayım, qalım...


Elə bu bənddə tanrının fiziki varlıqdan ruhsal boyuta yüksəldildiyi də bütün qəlib və sakral teoloji düsturları sındırıb dağıdır. Əslində burada əl (ovuc) göy üzüdür. Bu açar sözü tapdıqdan sonra misranın mənası aydın şəkildə anlaşılır. Ovucdan altda yaşamaq isə qətiyyən kiçildilmə ifadəsi kimi görünmür. Sadəcə olaraq müəyyən bir mərtəbənin ekvivalenti kimi tanımlanır.

Hikmət Nikbin poeziyasının əqrəblərinin qibləsi vicdandır. Əqrəblər isə üzü tanrıya yox, ondan daha yüksək fəza müstəvisi kimi kodlaşdırılmış ovuca işləyir. Olduqca orijinal və öz dəst-xətti olan poeziyadır. Doğrudur, bəzən poetik lövhələr qəfldən qırıla bilir amma oxucu itkin düşmüş parçaları şeirin sonunda öz düşüncəsində tamlaşdırır və pazlları birləşdirir. Orjinal poetik ifadə zənginliyi bəzən düşündürücü olmaya bilir. Amma bu zaman həmin misralar ağacın təsvirindəki budaqlar, yarpaqlar rolunu oynayır və bədii süsə çevrilir.

Şairin şeirləri səni ovutmur. Səni maarifləndirmir. Poetik orijinallığın başqa bir özəlliyi də məhz bu qatda boy verməkdədir.

Şairin oxucuları həm də ona görə xoşbəxtdir ki, şeir süfrəsindən yarıtox qalxmırsan. Misralar və poetik orijinallıq səni doyurur. Hikmət Nikbin hər şeirində oxucunun bədii estetik zövqünü daha da zənginləşdirən, bir üst mərtəbəyə daşıya bilən şairdir.

Oxuyun, amma anlamadınızsa, növbəti dəfə o şeirlərə yaxın düşməyin. Çünki həmin şeirlərdəki saf vicdanın eqoistliyi sizi pərt edə, zövqünüz və baxışınız qarşısında kiçik düşürə bilər.

Tural Turan
Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət

8-10-2024, 10:15

Türk ədəbiyyatının yeni cığırı: Murat Menteş kimdir? - DETALLAR

Siyasət

24-10-2024, 21:00

Ən qaranlıq anlarda ümid manifesti - Həmid Şehanegi YAZIR

Siyasət

2-02-2026, 16:01

Xalid Kazımlının baxışının, Ramiz Rövşən poeziyasının “uzaq doqquzluğ”una...

Siyasət / Araşdırma

26-10-2024, 15:23

Anamın vəsiyyəti - Tural Turandan YENİ HEKAYƏ

---

16-09-2024, 09:16

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Neftimiz bu gün neçəyə satılır?
15-09-2025, 13:20
Neftimiz bu gün neçəyə satılır?
Son xəbərlər
  • Dünən, 15:34
    Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri
  • Dünən, 15:34
    Ölkə başçısı Şuşadan bütün dünyaya hansı mesajları çatdırdı?
  • 23-07-2026, 22:54
    Azərbaycan–Almaniya iqtisadi əməkdaşlığı: Dayanıqlı inkişaf və maliyyə sabitliyinə aparan yol
  • 23-07-2026, 22:52
    Azərbaycan – Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi: Berlin səfərinin siyasi və iqtisadi əhəmiyyəti
  • 23-07-2026, 22:50
    22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 23-07-2026, 22:46
    Azərbaycanın yüksələn nüfuzu Berlin görüşündə təsdiqini tapdı
  • 23-07-2026, 22:45
    Azərbaycan Qərbə işıq saçır: Bakı-Berlin əməkdaşlığı daha da dərinləşir
  • 23-07-2026, 22:44
    Azərbaycan–Almaniya münasibətlərində etibarlı tərəfdaşlığın yeni mərhələsi
  • 23-07-2026, 22:42
    Azərbaycan və Almaniya Münasibətlərində Yeni Səhifə: Strateji Tərəfdaşlıq və Gələcəyə Baxış
  • 22-07-2026, 11:43
    Şəhərin iki üzü: Ziddiyyətlər içində yaşayan tənhalıq
  • 20-07-2026, 17:27
    Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında mühüm addım
  • 20-07-2026, 17:23
    Dövlətçilik və medianın strateji birliyi
  • 20-07-2026, 17:21
    Milli Mətbuat Günü – Həqiqətin işığında keçilən yol
  • 20-07-2026, 17:19
    22 İyul – Milli Mətbuat Günü: Güclü dövlətin inkişafında məsuliyyətli medianın rolu
  • 20-07-2026, 17:17
    22 İyul – Milli Mətbuat Günü: Milli Sözün Gücü, Cəmiyyətin Etibarlı Səsi
  • 20-07-2026, 17:15
    Cənubi Qafqazda uzunmüddətli barışığın formalaşdırılması Azərbaycan xarici siyasətinin mərkəzi hədəfidir
  • 20-07-2026, 17:13
    Milli mətbuatımız: 150 illik bir yolun məsuliyyəti və gələcəyə baxış
  • 20-07-2026, 17:11
    Slovakiya – Azərbaycan əlaqələri: Qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın yeni mərhələsi
  • 20-07-2026, 17:04
    Şuşadan Avropaya uzanan strateji tərəfdaşlıq
  • 19-07-2026, 20:17
    22 İyul – Milli Mətbuat Günü: Milli Sözün Gücü, Cəmiyyətin Etibarlı Səsi
  • 19-07-2026, 20:15
    Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında mühüm addım
  • 17-07-2026, 20:45
    Azərbaycan–Slovakiya münasibətləri: etibarlı tərəfdaşlıq iqtisadi əməkdaşlığa yeni imkanlar yaradır
  • 17-07-2026, 20:39
    Azərbaycan–Slovakiya münasibətlərində yeni mərhələ: Qarabağda qurulan körpülər və gələcəyə baxış
  • 17-07-2026, 20:37
    Şuşadan dünyaya verilən əsas mesaj da məhz budur:
  • 17-07-2026, 20:29
    REZİDENT İLHAM ƏLİYEVİN 14 İYUL ŞUŞA BƏYANATINDA SLOVAKİYA-AZƏRBAYCAN ƏLAQƏLƏRİNİN YENİ MƏRHƏLƏSİ
  • 16-07-2026, 16:35
    Ölkə başçısı Şuşadan bütün dünyaya hansı mesajları çatdırdı?
  • 16-07-2026, 16:30
    Qarabağdan Qərbə uzanan dostluq körpüsü: Azərbaycan Slovakiya əlaqələri yeni mərhələyə qədəm qoyur
  • 16-07-2026, 10:48
    Şuşadan dünyaya verilən strateji mesajlar: cənab Prezident İlham Əliyevin IV Qlobal Media Forumundakı çıxışı yeni geosiyasi reallıqların siyasi manifesti kimi
  • 16-07-2026, 10:45
    IV Şuşa Qlobal Media Forumu: Prezident İlham Əliyevin mesajları və Azərbaycanın dünyaya təqdim etdiyi yeni reallıqlar
  • 15-07-2026, 14:03
    Azərbaycan-Slovakiya tərəfdaşlığı: dostluqdan strateji əməkdaşlığa
  • 15-07-2026, 13:47
    Şuşadan Avropaya uzanan strateji tərəfdaşlıq
  • 15-07-2026, 13:44
    Slovakiya–Azərbaycan münasibətlərinin inkişafı və Qarabağın bərpasında beynəlxalq əməkdaşlığın əhəmiyyəti
  • 15-07-2026, 00:22
    Şuşa Qlobal Media Forumu: Etimadın Bərpası Missiyası
  • 14-07-2026, 23:43
    IV Şuşa Qlobal Media Forumu: İqtisadi sabitliyin görünən və görünməyən tərəfləri
  • 14-07-2026, 23:31
    IV Şuşa Qlobal Media Forumu – Azərbaycanın qlobal informasiya məkanında artan nüfuzu və Prezident İlham Əliyevin mühüm mesajları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə