Bağanisdə (Tavuş) Ermənistanın baş nazirinin mühafizəçiləri jurnalist Ani Gevorkyanı Nikol Paşinyanın kənd sakinləri ilə görüşəcəyi məktəb binasından zorla çıxarıblar.
Onews.az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.
Məlumata görə, təhlükəsizlik əməkdaşları məktəb binasına daxil olmağa icazə vermirlər. Ancaq Gevorkyan məktəbə girə bilib. Ondan binanı tərk etməsi istənilsə də, erməni jurnalist buna müqavimət göstərib.
Fuad