22 aprel Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür.
Onews.az-ın xəbərinə görə, əfsanəvi milli qəhrəmanımız 22 aprel 1946-cı ildə Ağdamda doğulub.
Allahverdi Bağırov 1 saylı Ağdam şəhər orta məktəbini bitirib.
Yüngül atletika, voleybol və futbolla məşğul olub. Ağdam uşaq-gənclər idman məktəbində məşqçi işləməklə yanaşı, “Qarabağ” futbol komandasında fəaliyyət göstərib (1966-1983).
1988 ildə ermənilərin Qarabağa təcavüzünün ilk günlərindən xalq hərəkatına qoşulub və onun fəallarından olub.
Könüllülər batalyonu yaradıb. Ağdamın bir sıra kəndlərinin müdafiəsində bu batalyonun döyüşçüləri mərdliklə vuruşublar. 1992 ilin fevralında Xocalı faciəsi zamanı Allahverdi Bağırovun batalyonu Əsgəran yaxınlığında yüzlərlə xocalılını xilas edib.
1992 il iyun ayının 12-də onun batalyonunun səyi nəticəsində Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd, Pircamal kəndləri düşməndən azad edilib.
Gözətçi məntəqələrini yoxlayıb qərargaha dönərkən sürücü ilə birlikdə minaya düşüb. Ailəli idi. Bir oğlu, iki qızı var.
Ağdam rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.
Allah rəhmət eləsin!
Özgür Bəy