Qonşu Gürcüstanın paytaxtı Tbilisinin Rustaveli prospektində keçirilən etiraz aksiyasında 34 nəfər saxlanılıb.
Onews.az xəbər verir ki, bu barədə qonşu ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumdan verilən məlumata görə, onların hamısı İnzibati Xətalar Məcəlləsi ilə ittiham olunurlar.
Bildirilib ki, saxlanılan şəxslər bu gün müxtəlif təcridxanalara yerləşdirilib.
Bundan əlavə, agentlik qeyd edib ki, ötən gün keçirilən aksiya zamanı 12 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.
Elgiz