Gürcüstanda azyaşlının hüquq-mühafizə orqanı əməkdaşının qanuni tələbinə tabe olmaması valideynin cərimələnməsi ilə nəticələnəcək.
Onews.az xəbər verir ki, bununla bağlı mövcud qanuna dəyişiklik edilib.
Belə ki, azyaşlının hüquq-mühafizə orqanı əməkdaşının qanuni tələbinə tabe olmaması zamanı valideyn və ya qanuni nümayəndəsi 100-300 lari məbləğində cərimə olunacaq.
Parlament qanunvericiliyə dəyişiklikləri iki oxunuşda qəbul edib. Dekabrın 13-də keçiriləcək iclasda sözügedən qanun üçüncü oxunuşda təsdiqlənəcək.
Banu