• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

İrandakı siyasi elita yaxşı başa düşür ki... - Aydın Mirzəzadə

Siyasət

3-06-2024, 18:08


"Hesab etmirəm ki, İranda keçiriləcək prezidentliyə namizədlər arasında Azərbaycanla münasibətləri kəskinləşdirməyə çağırış edənlər olsun. Azərbaycan İranın xüsusi münasibətdə olduğu bir ölkədir. Baxmayaraq ki, vaxtaşırı ölkələrimiz arasında anlaşılmazlıq baş verir, baxmayaraq ki, İranın müəyyən dairələri vaxtaşırı Azərbaycana qarşı siyasi təxribata çağırış edirlər, ancaq bununla belə Tehrandakı siyasi elita yaxşı başa düşür ki, Azərbaycanla münasibətlər ölkələri üçün çox şey deməkdir".

Bunu Onews.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, Azərbaycanla münasibətlər İran üçün dünyaya çıxış anlamına gəlir:

"Bu, bir çox sahələrdə əməkdaşlıq etməkdir. Bu, islami dəyərlər məsələsində Azərbaycanın mövqeyini nəzərdən qaçırmamaq deməkdir. Nəzərə alaq ki, bu gün İran ABŞ və Qərb dünyası ilə çox kəskin qarşıdurmadadır. Onun yaxın qonşuları ilə yaxşı münasibət qurmaqdan başqa bir inkişaf xətti yoxdur. Bu qonşular içərsində Azərbaycan və Türkiyə xüsusi yer tutur. Ermənistanla siyasi münasibətləri yüksək səviyyədə olsa da, Ermənistanın siyasi, iqtisadi, hərbi potensialı faktiki olaraq İrana hər hansı bir məsələdə böyük bir yardımçı ola bilmir. Azərbaycan isə tamamilə fərqli bir mövqedədir. Azərbaycan dünya ilə sıx münasibətdədir. Ölkəmizin iqtisadiyyatı ildən ilə böyüyür. Dövlətimizin hərbi qüdrəti 44 günlük Vətən Müharibəsində, daha sonra birgünlük anti-terror tədbirlərində göründü. Azərbaycanın siyasi nüfuzu böyükdür. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu ilin noyabrında ölkəmizdə COP-29-un keçirilməsi Azərbaycanın yüksək nüfuzunun göstəricisidir".

Millət vəkili düşünür ki, bu baxımdan, İranın dövlət başçısı postuna iddiaçıları Azərbaycanla yaxşı münasibətlər qurmaqda maraqlıdırlar:

"Dünyasını dəyişən prezident İbrahim Rəisi ilə bir çox məsələlərdə razılığa gəlinmişdi. Bunların içərisində energetika və logistika məsələsi xüsusi önəmə sahibdir. Şübhəsiz ki, bu İran büdcəsi üçün böyük gəlirlər deməkdir. Bu, yüzminlərlə yeni iş yerlərinin yaradılmasıdır. Bu, uzun müddətli perspektivdir. Ona görə də düşünürəm ki, yeni seçilən şəxs mərhum prezident İbrahim Rəisi ilə danışıqlarda dayanılan nöqtədən o tərəfə münasibətlərin inkişaf etdirilməsində maraqlı olacaq. Hər halda, cəmi 2 aydan sonra yeni liderin adı bilinəcək. Onun xarici siyasətində Azərbaycanla münasibətlərin yaxşı olması barəsində hər hansı şübhəm yoxdur. Yəni biz İranın yeni liderindən Azərbaycanla bağlı pozitiv notlar eşidəcəyik".

Turan

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

18-08-2024, 11:51

Tehran və Bakı arasındakı münasibətlər düzələcək? - ŞƏRH

Siyasət

24-10-2024, 21:00

Ən qaranlıq anlarda ümid manifesti - Həmid Şehanegi YAZIR

Siyasət

25-05-2024, 11:40

Birinci Milli Təhsil Zirvəsi BAŞ TUTDU

Təhsil

23-10-2024, 10:08

“Huawei” bu tarixdə yeni inqilab edəcək

Siyasət

2-08-2024, 13:24

Bayden-Tramp "savaşı": Çin, Rusiya-Ukrayna, Yaxın Şərq və Cənubi Qafqaz səhnəsi - TƏHLİL

Siyasət

1-07-2024, 09:10

İranın yeni prezidenti kim olacaq? - DETALLAR

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • 20-11-2026, 13:54
    1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasınin təsis konfransının keçirilməsinə siyasi baxış
  • 20-11-2026, 13:50
    Ulu Öndərin müdrik siyasəti YAP-ın güclü siyasi qüvvəyə çevrilməsini təmin etdi
  • 20-11-2026, 13:38
    21 Noyabr 1992-ci il – Yeni Azərbaycan Partiyasının təsis edilməsi: milli dövlətçilik tariximizdə mühüm mərhələ
  • 20-11-2026, 13:33
    YAP-ın yaranması Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi oldu
  • 20-11-2026, 13:29
    AĞDAM – YENİDƏN DOĞULAN ŞƏHƏRİN ZƏFƏR SALNAMƏSİ 20 Noyabr – Ağdam Şəhəri Günü
  • 20-11-2026, 13:24
    MİLLİ İRADƏNİN, SİYASİ UZAQGÖRƏNLİYİN TƏZAHÜR TARİXİ
  • 20-11-2026, 13:18
    YAP – dünənin, bu günün, və sabahın partiyası…
  • 20-11-2026, 13:12
    20 Noyabr Ağdam Şəhəri Günü xalqımızın qələbə əzmini, vətən sevgisini və tarixi torpaqlarına bağlılığını nümayiş etdirən mühüm tarixdir.
  • 20-11-2026, 13:06
    20 Noyabr -Ağdam şəhəri günü ilə əlaqədar
  • 19-11-2026, 17:00
    34 il: Zamanın sınağından keçən siyasi iradə və dövlətçilik məsuliyyəti
  • 18-11-2026, 15:33
    Ağdam Şəhəri günü: “Qafqazın Xirosiması”ndan Qafqazın cənnətinə doğru iri addımlarla...
  • 18-11-2026, 15:30
    20 Noyabr – Ağdam Şəhəri Günü: Tarixi Zəfərin və Böyük Qayıdışın təntənəsi
  • 18-11-2026, 15:15
    21 Noyabr 1992-ci il – Yeni Azərbaycan Partiyasının təsis konfransı milli siyasi tariximizin mühüm hadisəsidir
  • 17-11-2026, 15:28
    Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni mərhələ: Strateji Tərəfdaşlıq Bəyannaməsi və gələcək əməkdaşlıq perspektivləri
  • 17-11-2026, 15:24
    Dublin Bəyannaməsi Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin əhəmiyyətini nümayiş etdirir
  • 17-11-2026, 15:21
    Strateji Tərəfdaşlıq Bəyannaməsi Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişafında mühüm addımdır
  • 17-11-2026, 15:17
    Azərbaycan-Böyük Britaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi
  • 17-11-2026, 15:13
    Azərbaycan və Böyük Britaniya münasibətlərində yeni səhifə
  • 17-11-2026, 14:53
    Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə
  • 17-11-2026, 14:48
    Bakı ilə London arasındakı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə yeni Yol Xəritəsidir
  • 17-11-2026, 14:44
    Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir
  • 17-11-2026, 12:23
    “AZƏRBAYCAN PEŞƏ TƏHSİLİ: TARİXİ VƏ PERSPEKTİVLƏRİ” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • 17-11-2026, 12:21
    Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!
  • 12-11-2026, 15:30
    Konstitusiya dövlətin hüquqi təməlidir
  • 12-11-2026, 15:14
    Konstitusiya – milli inkişafın və dövlətçilik ənənələrinin əsas dayağıdır
  • 12-11-2026, 15:07
    Konstitusiya Azərbaycanın davamlı inkişaf yolunun hüquqi təminatıdır
  • 12-11-2026, 15:01
    Azərbaycan Konstitusiyası – dövlətçiliyimizin təməli, hüquqlarımızın təminatçısı
  • 12-11-2026, 14:57
    Azərbaycan Respublikasının Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
  • 12-11-2026, 14:49
    Konstitusiya – hüquqi dövlətin, milli suverenliyin və vətəndaş hüquqlarının təminatçısı
  • 8-11-2026, 22:07
    ÜÇ RƏNGLƏ İFADƏ OLUNAN DÖVLƏTÇİLİK
  • 8-11-2026, 22:05
    DÖVLƏTÇİLİYİN TƏMƏLİ, VƏTƏNDAŞIN ƏSAS HÜQUQİ DAYAĞI- KONSTİTUSİYA
  • 7-11-2026, 23:22
    AZƏRBAYCAN KONSTİTUSİYASI – DÖVLƏTÇİLİYİMİZİN, HÜQUQİ DƏYƏRLƏRİMİZİN VƏ MİLLİ SUVERENLİYİMİZİN TƏMƏLİ
  • 7-11-2026, 23:19
    Dövlət Bayrağımız – müstəqilliyimizin, milli qürurumuzun və dövlətçilik ənənələrimizin rəmzi
  • 7-11-2026, 23:06
    Üçrəngli bayrağımız – xalqımızın milli birliyinin və azadlıq iradəsinin təcəssümü
  • 7-11-2026, 22:56
    12 Noyabr Konstitusiya Günü: Ulu öndərin qəbul etdiyi Ana Yasamız…
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə