Bu quru sahəsi Yunanıstanın əsas ərazisindən 200 km aralı yerləşir. Dünyanın ən bahalı turizm adası sayılır. Ümumi sahəsi 76,2 kvadrat kilometrdir. Sahil xəttinin uzunluğu isə 66 kilometrdən çox deyil.Onews.az xəbər verir ki, söhbət mavi gözlü çimərlikləri, ağ yanaqlı sahilləri ilə dünyada məşhurlaşan Santorini adasından gedir.
2019-cu ilin iyun ayında Santorini adasında mifik Atlantida şəhəri barədə dünyada ilk muzey açılır.
Santorinidə beş ulduzlu otellərin bir gecəsinin qiyməti 3500-4000 dollardan başlayır.
Üç ulduzlu otellərdə isə qiymətlər 1800 avrodan turistlərə “gəl-gəl” deyir.
Adadakı evlər sanki ağ və mavi rənglərin qovuşmasından yoğrulub.
Buradakı bütün evlər Egey sahillərinə və çimərliklərə açılır.
Əgər gecə əyləncələrini sevirsinizsə, barlar, publar və yaxtalar sizin xidmətinizdədir.
Əyləncə mərkəzlərində bir bakal yunan pivəsinin qiyməti 35-45 avro arasında dəyişir.
Hətta adada “VİP hostel”lər də mövcuddur və bir gecəsi 300-350 dollara təklif olunur.
Santorini şəhəri qayalıqların üzərindədir.
Şəhərin və otellərin gecə işıqlandırması sadəcə möhtəşəmdir.
Turistlər burada özlərini nağıllar aləmində hiss edirlər.
Adada onlarla tarixi tikililər də mövcuddur.
Santorinidə ən çox rast gəlinən tarixi tikililər isə məhəllə kilsələridir.
İndi həmin kilsələr də turistlərin ixtiyarına verilib.
Yəni 10 avro qarşılığında siz kilsədə şam yandırıb Yunanıstan büdcəsini zənginləşdirə bilərsiniz.
Bu simvolik şamın və arzularınızın yəqin ki, ruhani dəyərlərlə heç bir bağlılığı olmayacaq...
Adanın çevrəsini yelkənli qayıqlarla da ziyarət etmək mümkündür.
Santorini otellərində dünyanın ən dadlı yeməkləri turistlərə təqdim olunur.
Amma qiymətlər çox baha olduğu üçün bir çoxları küçə yeməklərinə üstünlük verirlər.
Hər il adanı 1 milyona yaxın turistin ziyarət etdiyi deyilir.
Banu Murad