ABŞ ordusunun generalı, Xüsusi Əməliyyat Qüvvələrinin Mərkəzi Komandanlığının komandiri Casper Ceffers Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin rəhbəri təyin edilib.
Onews.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ceffers təhlükəsizliyin təmin edilməsi, sülhün qorunması və terrorizmdən azad sabit mühitin yaradılmasına məsul olacaq.