Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altında olan Gürcüstanın Abxaziya bölgəsinin Tsnelisi kəndi yaxınlığında iki Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs ediblər.[/b]
[b]Onews.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Gürcüstan DTX-dən verilən məlumata görə, faktla bağlı dərhal “qaynar xətt” işə salınıb.
Avropa İttifaqının monitorinq missiyasına və Cenevrə beynəlxalq müzakirələrinin həmsədrlərinə məlumat verilib.
Bildirilir ki, qanunsuz olaraq həbs edilən vətəndaşların azad edilməsi istiqamətində bütün mövcud mexanizmlərdən istifadə edilir.
SİTAT: "Baş verənlərin məsuliyyəti isə tamamilə işğalçı rejimin üzərinə düşür".
Elgiz Məmməd