Qrup halında sərhədi qanunsuz keçməyə cəhd edən 5 nəfər xarici ölkə vətəndaşı saxlanılıb.
Onews.az xəbər verir ki, bu barədə Sərhəd polisi məlumat verib.
İstintaq zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikasından Laqodexi sərhəd-keçid məntəqəsindən yan keçərək qanunsuz olaraq Gürcüstana keçməyə cəhd ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin ikinci hissəsinin “A” yarımbəndinə əsasən istintaq başladılıb.
Saxlanılan şəxsləri 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.
Elgiz Məmməd