Gürcüstan Daxili İşlər Nazirliyinin aviasiya təhlükəsizliyi idarəsinin rəis müavini Levan Sulaşvilinin meyiti Tbilisi dənizində tapılıb.
Onews.az xəbər verir ki, yaxınları onun başında güllə yarasının olduğunu bildiriblər.
Mərhumun ailəsi ölümün intihar yoxsa qətl olması ilə bağlı obyektiv araşdırma tələb edirlər.
Məlumata görə, noyabrın 6-da 28 yaşlı Sulaşvili öz avtomobilində başından güllə yarası ilə Tbilisi dənizində tapılıb.
Valideynlər intiharla bağlı istintaqın rəsmi versiyasına inanmırlar. Onların sözlərinə görə, Sulaşvilini Daxili İşlər Nazirliyinin yüksək vəzifəli məmurlarından biri qızı ilə evlənməyə məcbur edib və o, bundan imtina etdikdən sonra öldürülüb.
Sulaşvilinin atası bildirib ki, oğlunun intihar etmək üçün heç bir səbəbi olmayıb.
Faktla bağlı Daxili İşlər Nazirliyi intihar həddinə çatdırma maddəsi ilə araşdırmalara başlayıb.
Elgiz