"Gürcü arzusu"nun sədri kimi fəaliyyətimi davam etdirirəm".
Onews.az xəbər verir ki, bu barədə İrakli Qaribaşvili sosial mediyada məlumat dərc edib.
O bildirib ki, dezinformasiyanın yalnız bir məqsədi var: ictimaiyyəti çaşdırmaq və süni ajiotaj yaratmaq:
“Gürcü arzusu”nun sədri vəzifəsində fəaliyyətimi davam etdirirəm, komandamızın üzvüyəm və bütün digər məzmunlu məlumatlar həqiqətə uyğun deyil".
Bəyanatda bildirilir ki, onun partiyadan getməsi ilə bağlı yalanlar radikal müxalifətin nəzarətində olan KİV-lər tərəfindən yayılıb:
“Bu dezinformasiyanın yalnız bir məqsədi var - ictimaiyyəti çaşdırmaq və süni həyəcan yaratmaq. Vurğulamaq istərdim ki, “Gürcü arzusu”nun sədri kimi fəaliyyətimi davam etdirirəm, komandamızın üzvüyəm və bütün digər məzmunlu məlumatlar həqiqətə uyğun deyil”, - deyə İrakli Qaribaşvili qeyd edib.
Elgiz