ABŞ Müdafiə Nazirliyi (Pentaqon) quruda əsaslı nüvə silahı daşıya bilən raketlərin təkmilləşdirilməsi üçün nəzərdə tutulan 934 milyon dolları, ehtimal ki, Qətər tərəfindən sabiq prezident Donald Trampa hədiyyə edilən Boeing 747-8 təyyarəsinin modernləşdirilməsinə yönəldib.
Onews.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, təxminən 400 milyon dollar dəyərində olan təyyarənin təkmilləşdirilməsi layihəsi ilə bağlı vəsaitin tam şəkildə bu məqsədə sərf olunub-olunmayacağı hələ də qeyri-müəyyən olaraq qalır.
Bununla belə, ABŞ administrasiyasının rəsmiləri “NYT”yə anonim şəkildə bildiriblər ki, Qətərin hədiyyə etdiyi təyyarənin prezident təyyarəsinə çevrilməsi üçün vəsait nüvə silahlarının modernləşdirilməsi üçün ayrılmış büdcədən təmin olunacaq.
Fuad