• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı kimdir?

Siyasət

12-09-2025, 10:22
İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı

1919-cu ildə martın 16-da Şəmkir rayonu Qapanlı kəndində dünyaya göz açmışdır. Hazırda Şəmkir Rayonu Qapanlı Kəndində Büstü ucaldılmışdır. Qapanlı Kənd tam orta məktəbi də İsrafil Məmmədovun adını daşıyır. Gəncə şəhərində adına ev müzeyi və abidə və küçə vardır.

Onews.az xəbər verir ki, 1941-ci ilin dekabr ayında döyüşən ordudan Azərbaycana xoş bir xəbər gəldi: Şimal-Qərb cəbhəsinin Siyasi İdarəsi sizdən xahiş edir: İsrafil Məhərrəm oğlu Məmmədovun Gəncə ş üçüncü vağzal küçəsindəki 39 nömrəli evdə yaşayan ailəsinə xəbər verin ki, onların oğlu, bizim cəbhənin döyüşçüsü faşist işğalçılarına qarşı döyüşlərdə igidlik göstərdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür". Şaxtalı dekabr gecəsi iki batalyon alman avtomatçısı Novqorod vilayətinin Pustınka kəndinə yaxınlaşmışdı. İlk baxışda elə göründü ki, bu kənddəki strateji obyekti müdafiə edən rota mühasirəyə alınmışdır. Almanlar burada toplardan və minaatanlardan şiddətli atəş açıb hücuma keçdilər. Kənddəki atəş nöqtələrindən səs gəlmirdi. Faşistlər asanlıqla qələbə çalmaq ümidində idilər. Budur, onlar artıq kəndin yüz metrliyinə çatdılar. Artıq hər bir faşistin üzünü görmək olurdu.

- Atəş! – deyə İsrafil Məmmədov komanda verdi.

Məmmədovun döyüşçüləri avtomat silahlardan yaylım atəşi açdılar. Bu atəş düşməni xəncər kimi kəsdi. Faşistlərin birinci sıraları biçildi. Almanlar radiostansiyanı məhv etməyə çalışırdılar. Beş əsgər stansiyaya yaxınlaşırdı, lakin bunların beşi də məhv edildi. Radiostansiya isə salamat qaldı.

Beləcə, gərgin vuruş azı on saat davam etdi. Avtomat silahların patronları qurtarırdı. Məmmədovun yanında öldürülmüş və yaralanmış döyüşçülər uzanmışdılar, bunlar onun dostları, silahdaşları idilər. Kəndi müdafiə etmək üçün cəmi səkkiz əsgər qalmışdı. Məmmədov avtomatı bir yana qoyub tüfəngi götürdü. Patrona qənaət etmək lazım idi. İndi snayper Məmmədov təkcə özü atəş açırdı. Yaralı avtomatçılar və radistlər tüfəngi doldurub ona verirdilər, o da arası kəsilmədən düşməni atəşə tuturdu. Tüfəng patronları da qurtardı. Faşistlər isə irəliyə can atırdılar. Gərgin süngü döyüşü başladı. Hamıdan irəlidə komandir Məmmədov özü gedirdi. Pustınka kəndini müdafiə edənlər kömək gələnə qədər mövqelərini əldən vermədilər. Bu hadisə dekabr ayının ilk günlərində olmuşdur. Ayın 11-də isə SSRİ Ali Soveti Rəyasət Heyətinin
fərmanı ilə həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Məlumat üçün qeyd edək ki, İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlıdır.

...Dörd gündən sonra Şimal-Qərb cəbhəsinin komandanı, general-leytenant P.A.Kuroçkin şəxsən özü qəhrəmanın hüzuruna gəldi. Birbaşa döyüş meydanında təntənəli şəraitdə İsrafil Məmmədova Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanının "Qızıl ulduz"u təqdim edildi. Sevincdən, həyəcandan qəlbi çırpınan İsrafil Məmmədov inamla dedi:

- Mənim 22 yaşım var. İndi həyatımın əsl mənasını daha çox faşisti məhv etməkdə görürəm. Nə qədər ki, sağam, mən bu amalla faşizmə qarşı vuruşacağam.

General gülümsündü. Qəhrəmana üçdiskli avtomat bağışladı. Qəhrəmanın şərəfinə Şəmkirdə, doğma Qapanlı kəndində, Gəncədə və başqa yerlərdə keçirilmiş mitinqlərdə də eyni ilə tərif və təbliğat sözləri səslənirdi. Həmin ilin may ayında ağır yaradan sonra hospitalda müalicə olunmuş qəhrəman Gəncəyə gəlir. Bu zaman artıq İsrafil Məmmədovun hünərindən təkcə döyüşçülər nümunə götürmürdülər, "məmmədovçular" hərəkatı arxa cəbhədə də geniş vüsət almışdı. İ.Məmmədov yenidən daha böyük cəsarətlə döyüş meydanına atılır. 1943-cü il mayın sonuna kimi mərdliklə vuruşur, ikinci dəfə yaralanır, döyüş dostlarından ayrılmalı olur. O, bir müddət respublika komsomolunun Mərkəzi Komitəsində işləyir.

Faşistlərə sonsuz nifrətini yenidən dönə-dönə nümayiş etdirdi. Xeyli vuruşdu. Lakin üçüncü yara qəhrəmanın səhhətini tam sarsıtdı. 1946-cı ildə qızları Qalina və Svetlana atalarını həmişəlik itirdilər. Qəhrəman İsrafil Məmmədov 1946-cı il mayın 1-də Yalta hospitalında əbədiyyətə qovuşdu. Qəhrəmanın cənazəsi xüsusi təyyarə ilə doğma yurduna gətirildi və ailəsi həmin vaxt Gəncədə yaşadığı üçün Gəncənin mərkəzində, indiki Xan bağında torpağa tapşırıldı.

Onun haqqında istər rus mətbuatında, istərsə də doğma Azərbaycanda çox əsərlər yazılıb. O illərdə Gəncədə yaşayıb-yaradan Mir Cəlal Paşayev də İ.Məmmədovun hünərindən riqqətə gələrək "Qəhrəmanın yolu" adlı geniş bir oçerki qələmə alır. 1942-ci ildə isə Bakıda sevimli ədibin "İsrafil" adlı kitabı çap olunur.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Araşdırma

9-01-2025, 11:05

Alman mətbəxinin sirrli üzü: 1500-dən artıq kolbasa və sosisi...

Gündəm

9-11-2024, 12:47

COP29-la əlaqədar 57 avtobusun hərəkət sxemi dəyişdirilir

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət

26-08-2024, 09:05

Birinci xanım Mehriban Əliyevanın doğum günüdür

Siyasət

24-10-2024, 22:00

Tarixin qırmızı qələbəsi: Bizim də payımız var...

Siyasət / Araşdırma

26-10-2024, 15:23

Anamın vəsiyyəti - Tural Turandan YENİ HEKAYƏ

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Neftimiz bu gün neçəyə satılır?
15-09-2025, 13:20
Neftimiz bu gün neçəyə satılır?
Son xəbərlər
  • 24-07-2026, 15:34
    Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri
  • 24-07-2026, 15:34
    Ölkə başçısı Şuşadan bütün dünyaya hansı mesajları çatdırdı?
  • 23-07-2026, 22:54
    Azərbaycan–Almaniya iqtisadi əməkdaşlığı: Dayanıqlı inkişaf və maliyyə sabitliyinə aparan yol
  • 23-07-2026, 22:52
    Azərbaycan – Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi: Berlin səfərinin siyasi və iqtisadi əhəmiyyəti
  • 23-07-2026, 22:50
    22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 23-07-2026, 22:46
    Azərbaycanın yüksələn nüfuzu Berlin görüşündə təsdiqini tapdı
  • 23-07-2026, 22:45
    Azərbaycan Qərbə işıq saçır: Bakı-Berlin əməkdaşlığı daha da dərinləşir
  • 23-07-2026, 22:44
    Azərbaycan–Almaniya münasibətlərində etibarlı tərəfdaşlığın yeni mərhələsi
  • 23-07-2026, 22:42
    Azərbaycan və Almaniya Münasibətlərində Yeni Səhifə: Strateji Tərəfdaşlıq və Gələcəyə Baxış
  • 22-07-2026, 11:43
    Şəhərin iki üzü: Ziddiyyətlər içində yaşayan tənhalıq
  • 20-07-2026, 17:27
    Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında mühüm addım
  • 20-07-2026, 17:23
    Dövlətçilik və medianın strateji birliyi
  • 20-07-2026, 17:21
    Milli Mətbuat Günü – Həqiqətin işığında keçilən yol
  • 20-07-2026, 17:19
    22 İyul – Milli Mətbuat Günü: Güclü dövlətin inkişafında məsuliyyətli medianın rolu
  • 20-07-2026, 17:17
    22 İyul – Milli Mətbuat Günü: Milli Sözün Gücü, Cəmiyyətin Etibarlı Səsi
  • 20-07-2026, 17:15
    Cənubi Qafqazda uzunmüddətli barışığın formalaşdırılması Azərbaycan xarici siyasətinin mərkəzi hədəfidir
  • 20-07-2026, 17:13
    Milli mətbuatımız: 150 illik bir yolun məsuliyyəti və gələcəyə baxış
  • 20-07-2026, 17:11
    Slovakiya – Azərbaycan əlaqələri: Qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın yeni mərhələsi
  • 20-07-2026, 17:04
    Şuşadan Avropaya uzanan strateji tərəfdaşlıq
  • 19-07-2026, 20:17
    22 İyul – Milli Mətbuat Günü: Milli Sözün Gücü, Cəmiyyətin Etibarlı Səsi
  • 19-07-2026, 20:15
    Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında mühüm addım
  • 17-07-2026, 20:45
    Azərbaycan–Slovakiya münasibətləri: etibarlı tərəfdaşlıq iqtisadi əməkdaşlığa yeni imkanlar yaradır
  • 17-07-2026, 20:39
    Azərbaycan–Slovakiya münasibətlərində yeni mərhələ: Qarabağda qurulan körpülər və gələcəyə baxış
  • 17-07-2026, 20:37
    Şuşadan dünyaya verilən əsas mesaj da məhz budur:
  • 17-07-2026, 20:29
    REZİDENT İLHAM ƏLİYEVİN 14 İYUL ŞUŞA BƏYANATINDA SLOVAKİYA-AZƏRBAYCAN ƏLAQƏLƏRİNİN YENİ MƏRHƏLƏSİ
  • 16-07-2026, 16:35
    Ölkə başçısı Şuşadan bütün dünyaya hansı mesajları çatdırdı?
  • 16-07-2026, 16:30
    Qarabağdan Qərbə uzanan dostluq körpüsü: Azərbaycan Slovakiya əlaqələri yeni mərhələyə qədəm qoyur
  • 16-07-2026, 10:48
    Şuşadan dünyaya verilən strateji mesajlar: cənab Prezident İlham Əliyevin IV Qlobal Media Forumundakı çıxışı yeni geosiyasi reallıqların siyasi manifesti kimi
  • 16-07-2026, 10:45
    IV Şuşa Qlobal Media Forumu: Prezident İlham Əliyevin mesajları və Azərbaycanın dünyaya təqdim etdiyi yeni reallıqlar
  • 15-07-2026, 14:03
    Azərbaycan-Slovakiya tərəfdaşlığı: dostluqdan strateji əməkdaşlığa
  • 15-07-2026, 13:47
    Şuşadan Avropaya uzanan strateji tərəfdaşlıq
  • 15-07-2026, 13:44
    Slovakiya–Azərbaycan münasibətlərinin inkişafı və Qarabağın bərpasında beynəlxalq əməkdaşlığın əhəmiyyəti
  • 15-07-2026, 00:22
    Şuşa Qlobal Media Forumu: Etimadın Bərpası Missiyası
  • 14-07-2026, 23:43
    IV Şuşa Qlobal Media Forumu: İqtisadi sabitliyin görünən və görünməyən tərəfləri
  • 14-07-2026, 23:31
    IV Şuşa Qlobal Media Forumu – Azərbaycanın qlobal informasiya məkanında artan nüfuzu və Prezident İlham Əliyevin mühüm mesajları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə