• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Elə cavab verdim ki, onun yerinə özüm pərt oldum - KÖŞƏ

Köşə

1-01-2026, 15:11
Elə cavab verdim ki, onun yerinə özüm pərt oldum -

Onews.az yazıçı Tural Turanın "Qazaxlı aşığa cavab" yazısını təqdim edir:

***
İkinci ya üçüncü kursda oxuyurdum. Novruz bayramı ərəfəsi idi. Ağstafa qatarına, "kupe"yə bilet almışdım. Biletim aşağı yerə idi, dua edirdim ki, bizim kupeyə qadın düşməsin, səhərə qədər sərilə-sərilə yatım...

İçəri girəndə iki tələbə var idi. Biletlərini "ikinci mərtəbəyə" almışdılar, amma işıqlar sönənə qədər aşağıda oturub qatarın pəncərəsindən içəri boylanan vaxtı, zamanı "güllələyirdilər"...

Pivədən, tumdan qabaqlarına töküb dimdələnir, zarafatlaşa-zarafatlaşa domino oynayırdılar.
Bu qardaşlar da Şəmkirdən idilər. Biri Dəllərdə, o biri Zəyəmdə düşəcəkdi...

Salam-əleykdən sonra bir qıraqda da mən əyləşdim. Elə bu dəm ağsaqqal bir kişi qapıdan içəri girdi. Bir bığı var idi, Koroğlununku onun yanında qıvraq qalardı. Pərmuda bir kişi idi, enlikürək, amma bir az bəstəboy... Bəstəboyluğu da cüssəsinə görə deyirəm ha...
Kürəyində də səhəngə oxşar bir şey var idi. Daha doğrusu, alaqaranlıqda elə görünürdü. İpini boynundan əndərəndə gördüm ki, saz imiş...
-Aya, salam əlöyküm, nağaresiniqiz, a cavannar?
Gur və şaqraq səsi qulaqlarımı cingildətdi. Çiynindəki sazdan tovuzluya, səsindən, ləhcəsindən qazaxlıya oxşayan bu pərmuda kişi ilə əleyk-salam elədikdən sonra haralı olduğunu soruşdum:

-Qazaxlıyam, ölöm - dedi.
Bir az havadan-sudan danışdıq. Sonra bığını sevdiyim sazını çıxardı. Hamilə sazını dınqıldatdı, köklədi, gülləndirdi...
Bir-iki ağız da Səməd Vurğundan, Molla Vəlidən oxudu.
Elə bu dəm üzünü mənə sarı çevirib qayıdasan ki:
-Aya, ölöm, sən də yazersanqmı?
-Arada yazıram, ağsaqqal.
-Bə haralısanq?
-Şəmkirdənəm, kişi!
-Aya, Qazaxdan döysənsə, əlinə qələm-kağız almaxda səf iş görörsənq...
-Niyə, ay əmi?
-Aya, niyəsi də varmı a ciyarı partdamış, Səməd Vurğun, Vaqif, Vidadi, Osman Sarıvəlli, Söyün Arif... Aya, saymaxnan pitmer ha... Şəmkirdən kim çıxıb, bir barmağınqı qatdaynan hələ...
Gördüm ki, dayı işi dolaşığa saldı. Yuxarıdan da iki şəmkirli durub mənə baxır, cavabını verməsəm ayıb olacaq. Ona görə də dayıya bir "nəfəskəsən" hazırladım:

- Aşıq, birincisi Molla Vəli Vidadini o siyahıdan çıx, o şəmkirlidi. İkincisi, biz yetirəndə bir şair yetiririk. Özü də Əhməd Cavad kimisini yetirik ki, sözlərinə yazılan himn çalınanda bütün qazaxlı, tovuzlu şairlər ayağa qalxsın. A kişi, Qazax, Tovuz nədi, düşmən də o himnin səsi gələndə ayağa duror...

"İkinci mərtəbədəkilər" də bir gülmək gülür, uşaq da bağışlasın, dayının yerinə özüm pisikirdim.
Bığını sevdiyim aşıq dayı düşdü kilidə... Ha çırpındı, ha hıqqındı sözlü-savlı dənciyindən bir cavab çıxara bilmədi.

Cavabım sinəsinə necə saplanmışdısa, ismi-pünhan aşıq düz səhərə qədər üzünü pəncərədən bəri çevirmədi. Alabaşlı stansiyasında qatardan düşəndə kişidən küsülü ayrıldıq...

Tural Turan
Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Art

8-01-2025, 20:44

Qazaxlı aşığa cavab - Tural Turan YAZIR

Siyasət / Araşdırma

26-10-2024, 15:23

Anamın vəsiyyəti - Tural Turandan YENİ HEKAYƏ

---

16-09-2024, 09:16

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

---

16-09-2024, 08:58

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

Araşdırma

21-09-2024, 23:00

Qızıl Alma marşı - Tural Turan

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Dünən, 12:26
    Azad Füzuli – Azərbaycanın quruculuq və inkişaf salnaməsinin yeni səhifəsi
  • Dünən, 12:14
    17 Oktyabr – Füzuli Şəhəri Günü: Tarixi Zəfərdən dirçəlişə doğru
  • 15-10-2026, 16:12
    Azərbaycan-Laos: ənənəvi dostluqdan əməkdaşlığa
  • 15-10-2026, 16:09
    17 Oktyabr – Füzuli şəhəri günü
  • 15-10-2026, 15:38
    17 Oktyabr – Füzulinin dirçəlişə açılan yolu
  • 14-10-2026, 17:42
    Vahid məktəbli forması — təhsil intizamının və bərabərliyin göstəricisi
  • 14-10-2026, 17:37
    HEYDƏR ƏLİYEVİN DİL SİYASƏTİ VƏ AZƏRBAYCAN DİLİNİN DÖVLƏTÇİLİK STRATEGİYASINDA YERİ: GƏNCLİYİN MİLLİ MƏSULİYYƏTİ
  • 14-10-2026, 17:08
    Məktəblərdə vahid geyim formasının tətbiqi: bərabərlik, nizam-intizam və sağlam təhsil mühitinin təmin olunması
  • 14-10-2026, 17:05
    YAP-ın VIII Qurultayına həsr olunmuş toplantı keçirilib
  • 14-10-2026, 16:57
    MƏKTƏBDƏ VAHİD DƏYƏRLƏRİN VİZUAL İFADƏSİ: İDEOLOJİ TƏHLÜKƏSİZLİK VƏ SOSİAL BƏRABƏRLİK KONTEKSTİNDƏ
  • 14-10-2026, 16:52
    İdeoloji təhlükəsizlik və milli maraqlar: Müasir çağırışlar fonunda gəncliyin rolu
  • 14-10-2026, 16:48
    Azərbaycan ilə Kamboca arasında münasibətlərin inkişafı üçün yeni imkanlar
  • 14-10-2026, 16:43
    YAP Nərimanov rayon təşkilatı tərəfindən Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 14-10-2026, 16:38
    YAP Nərimanov rayon təşkilatı tərəfindən İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 14-10-2026, 16:29
    YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
  • 14-10-2026, 16:23
    YAP Nərimanov rayon təşkilatı tərəfindən Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 13-10-2026, 18:22
    Məktəb geyimi – təhsil mədəniyyətinin və milli dəyərlərin tərkib hissəsi
  • 13-10-2026, 18:21
    AZƏRBAYCANIN SABAHINA APARAN YOL
  • 13-10-2026, 16:45
    Azərbaycanın xarici siyasətində Asiya istiqaməti və Kamboca ilə əməkdaşlığın əhəmiyyəti
  • 13-10-2026, 16:41
    Təhsildə vahid yanaşma və sağlam məktəb mühiti dövlətçilik dəyərlərinin tərkib hissəsidir
  • 13-10-2026, 16:30
    Məktəbli geyimi – təhsil mühitində vahidlik, nizam-intizam və milli dəyərlərin ifadəsi
  • 13-10-2026, 16:17
    Azərbaycan–Kamboca münasibətləri: əməkdaşlığın yeni istiqamətləri və inkişaf perspektivləri
  • 13-10-2026, 16:11
    Azərbaycan və Kamboca arasında iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivləri
  • 13-10-2026, 16:06
    Azərbaycan və Kamboca arasında iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivləri
  • 13-10-2026, 15:53
    Azərbaycan və Kamboca arasında əməkdaşlığın genişləndirilməsi yeni perspektivlər yaradır
  • 13-10-2026, 15:48
    “Biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”.- Prezident Ali Baş Komandan İlham Əliyev
  • 13-10-2026, 15:39
    İdeoloji təhlükəsizlik milli dövlətçiliyimizin və gələcəyimizin əsas təminatıdır
  • 13-10-2026, 15:36
    Milli-mənəvi dəyərlərin yaşadılması və qorunması Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindəndir
  • 13-10-2026, 15:20
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Güclü dövlət, milli birlik və davamlı inkişafın siyasi təminatı
  • 13-10-2026, 15:14
    Azərbaycan–Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
  • 13-10-2026, 15:07
    Məktəb mühitində vahid geyim mədəniyyəti və məsuliyyət prinsipləri
  • 13-10-2026, 14:54
    Strateji prioritetlər Azərbaycanın qarşısındakı hədəfləri daha aydın göstərir
  • 13-10-2026, 14:44
    Vahid məktəbli formasının üstünlükləri nələrdir?
  • 13-10-2026, 14:40
    Azərbaycan-Kamboca münasibətləri: Yeni inkişaf mərhələsində bizi nələr gözləyir?
  • 13-10-2026, 14:20
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Yeni dövrün çağırışları və tarixi missiyası.
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə