• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Rus qoşunları Ermənistanı tərk edir? - SENSASİON DETALLAR

Siyasət

6-01-2025, 10:50
Rus qoşunları Ermənistanı tərk edir? -

Rusiya hərbçilərinin Ermənistandan çıxarılması məsələsi hələ 2021-ci ilin əvvəlindən İrəvanın gündəmində idi. Həmin ilin əvvəlində Ermənistanın baş naziri Nikol Paşinyan Moskva görüşündə istədiyini ala bilməyəndə Kremldən birdəfəlik üzdöndərmə yolunu tutdu. İlk olaraq rus sərhədçilərin "Aqaraq" və "Zvarnots"dan çıxarılmasını "Mənim addımım" fraksiyasının üzvləri dilə gətirdilər. "Rusiyanın 44 günlük savaşda Ermənistana kömək etməməsini" bəhanə gətirən Ermənistan cəmiyyəti ruslara qarşı od püskürməyə başladılar. Üstəlik o dövrdə Ermənistanda müxaliflər də Moskvaya küskün düşmüşdülər. Yəni, Paşinyan vəziyyətdən istifadə edərək rusların Ermənistan ərazisindən çıxması fikrini erməni cəmiyyətinin beyninə yeridə bildi. Ona görə də indi "bir-iki çatlaq səs" istisna olmaqla rusiyalı sərhədçilərin "Aqarak"ı tərk etməsinə "yox" demədi. Qərbə inteqrasiya yolunu tutmuş Nikol Vovayeviç üçün rus izini Ermənistandan təmizləmək uğurlu addım sayıla bilər.

Fəqət, rus qoşunlarının Ermənistan-İran sərhədini, “Aqarak”I tərk etməsinin başqa səbəbləri də var. Birincisi, rus hərbçilər narkotik vasitələrin İrandan Ermənistana keçirilməsinə böyük rüşvətlər müqabilində göz yumurdular. Nəticədə rus hərbçilər həm qanunsuzluqlara yol verir, həm də varlanırdılar. Bu narkotranzitdən Ermənistanın büdcəsi bir dram da xeyir görmürdü. İkincisi, qaçaqmalçı erməni işbazlar da rus hərbçilərinə rüşvət verməklə gömrük bəyannaməsindən yayınaraq o tərəfə və bu tərəfə mallar keçirir, xeyli vəsaitə yiyələnirdilər. Bundan da Ermənistan büdcəsi məhrum qalmışdı. Üçüncüsü, Qarabağın dağlıq hissəsindəki 4 illik fəaliyyətləri ərzində olduğu kimi Ermənistan-İran sərhədində də rusiyalı hərbçilər erməni qızlarını eyş-işrət predmetinə çevirmişdilər. Görünür, bu amil də Paşinyanın namus və qeyrət damarını silkələyən amillərdən olub.

İndi məsələyə Rusiyanın obyektivindən baxmağa çalışaq; birincisi, Rusiyanın Ukrayna cəbhəsindəki durumu o qədər də ürəkaçan deyil. Afrikadan, Qarabağdan, eləcə də Qazax bölgəsi ilə həmsərhəd erməni postlarını tərk edən ruslar Ermənistandakı 102-ci bazaya yox, birbaşa Dombas bölgəsinə aparıldı. Çıxarılan texnikalar da təcili şəkildə Ukrayna cəbhəsinə çatdırıldı. Ona görə də Kreml Azərbaycandan, Ermənistandan qoşunların çıxarılmasına bir o qədər də səs çıxara bilmir.

Onlara texnika və canlı qüvvə bu gün hər şeydən önəmlidir. İkincisi, Rusiyadan kənarda sülhməramlı, sərhədçi, “peşəkar hərbçi” kimi qulluq edənlərin böyük əksəriyyəti rus oliqarxlarının övladları, qohumları və ya yaxınlarıdır. Putin administrasiyası həmin hərbçiləri “yerindən oynatmaqla” daxildə baş qaldırmağa can atan rus oliqarxların da ipini əlində saxlamağa çalışır. Üçüncüsü, Rusiyanın öz hərbçilərinin Ermənistandan çıxmasına indiki mərhələdə səssiz qalmasının əsas səbəbi “yerinə başqasının yerləşdirilməməsi” ilə bağlıdır. Əgər növbəti mərhələdə İrəvan rusları Qərb hərbçiləri ilə əvəzləsə qiyamət o zaman qopacaq. Hətta Putin 102-ci bazanı birbaşa İrəvana da yeridə bilər. Üstəlik, fransızlar və ya başqaları İranla sərhəddə yerləşdirilsə Nikol Paşinyanın fiziki məhvi də istisna olunmayacaq.

Dördüncüsü, "Aqarak"dan rusların çıxarılması hələ ki, Kremlin siyasi-hərbi varlığının Ermənistanı tərk etməsi anlamına gəlmir. Çünki Türkiyə-Ermənistan sərhədində hələ də rus hərbi varlığı mövcuddur. Türkiyə ilə sərhəddən rusların çəkilməsində Paşinyan da bir o qədər maraqlı deyil. Çünki sərhədlər bağlıdır və orada gömrük postları, narkotrafikdən gələn "qara pulların yuyulması" yoxdur.

Rusiya azı 5 il də Ermənistanda qalacaq. Hadisələrin gedişatı onu göstərir. Rusiyanın Cənubi Qafqaz doktrinasının dəyişməsini də şaiyə hesab edirəm. Çünki rusların Cənubi Qafqaza baxışları ancaq Ukrayna ilə savaşın bitməsindən sonra dəyişə bilər. İndiki mərhələdə bu o qədər də inandırıcı görünmür. 102-ci baza KTMT amilinə görə Rusiyada uzun müddət qalacaq. Ermənistan bu təşkilatdakı fəaliyyətini dondurub, tamamilə ləğv etməyib.

Sona Əliyeva
V çağırış Milli Məclisin deputatı
Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət

2-08-2024, 13:24

Bayden-Tramp "savaşı": Çin, Rusiya-Ukrayna, Yaxın Şərq və Cənubi Qafqaz səhnəsi - TƏHLİL

Siyasət

17-10-2024, 11:11

Ermənistan Rusiyadan belə qopur: ABŞ hərəkətə keçdi...

---

16-09-2024, 09:16

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

---

16-09-2024, 08:58

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

Siyasət

25-10-2024, 14:14

Gürcüstan Abxaziya və Osetiya böhranını həll edə biləcəkmi?

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Dünən, 16:38
    YAP-ın VIII Qurultayı – yeni mərhələnin prioritetləri
  • Dünən, 16:28
    Dövlətçilik və milli həmrəyliyin yeni inkişaf mərhələsi
  • Dünən, 15:26
    YAP-ın VIII Qurultayı: tarixi irsdən müasir çağırışlara doğru
  • Dünən, 15:14
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Azərbaycanın yeni siyasi mərhələsinin mühüm hadisəsi
  • Dünən, 14:59
    YAP-ın VIII Qurultayı Azərbaycanın strateji prioritetlərini ön plana çıxarır
  • Dünən, 14:49
    Müstəqilliyin möhkəmləndirilməsi yolunda yeni siyasi mərhələ
  • 4-10-2026, 19:39
    4 Oktyabr – Cəbrayıl şəhəri günü
  • 4-10-2026, 15:04
    Yeni Azərbaycan Partiyasının VIII qurultayı: Yeni "Yol xəritəsi" nələrdir?
  • 4-10-2026, 14:29
    Yeni Azərbaycan Partiyasının VIII qurultayı: Yeni "Yol xəritəsi" nələrdir?
  • 4-10-2026, 14:26
    4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür
  • 4-10-2026, 14:25
    27 Sentyabr – Anım Günü
  • 1-10-2026, 15:57
    Cəbrayılın azadlığı: Zəfərdən Böyük Qayıdışa uzanan yol
  • 1-10-2026, 15:47
    4 Oktyabr – Cəbrayıl Şəhəri Günü
  • 1-10-2026, 15:09
    Cəbrayılın yeni həyatı – Zəfərdən quruculuğa uzanan yol
  • 1-10-2026, 14:47
    Cəbrayıl – tarixi yaddaşdan Böyük Qayıdışa
  • 1-10-2026, 14:37
    Cəbrayılın azadlığı – Zəfər tariximizin parlaq səhifəsi
  • 1-10-2026, 14:13
    Cəbrayılın Zəfər günü
  • 30-09-2026, 16:47
    3 OKTYABR 1993: AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİNYENİ İNKİŞAF MƏRHƏLƏSİ
  • 30-09-2026, 16:37
    Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi Azərbaycanın tarixində dönüş nöqtəsi oldu
  • 30-09-2026, 16:33
    3 oktyabr 1993-cü il – Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi
  • 30-09-2026, 16:30
    3 oktyabr 1993-cü ildə Heydər Əliyevin Prezident seçilməsi
  • 30-09-2026, 16:23
    Heydər Əliyevin siyasi qayıdışı və Azərbaycanın sabitlik mərhələsi
  • 30-09-2026, 16:12
    Dövlətçilik tariximizin dönüş nöqtəsi: 3 oktyabr 1993-cü il
  • 30-09-2026, 15:57
    3 oktyabr 1993-cü il – Azərbaycanın taleyində mühüm gün
  • 30-09-2026, 15:52
    3 Oktyabr: Milli Dövlətçiliyinin yeni mərhələsinin başlandığı gün...
  • 30-09-2026, 15:47
    Yeni Qlobal İqtisadi Memarlıq və Azərbaycanın Davamlı İnvestisiya Strategiyası.
  • 29-09-2026, 16:07
    Dayanıqlı iqtisadi inkişafın əsas istiqamətləri: enerji, logistika və yeni investisiyalar
  • 29-09-2026, 16:03
    Azərbaycanın gələcəyinə investisiya: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda əsas mesajlar
  • 29-09-2026, 16:00
    İNVESTİSİYA MƏSƏLƏSİNƏ YENİ BAXIŞ: BAKIDAN VERİLƏN MESAJLARIN İQTİSADİ MƏNASI
  • 29-09-2026, 15:52
    Bakıdan dünyaya açılan yeni iqtisadi əməkdaşlıq imkanları
  • 29-09-2026, 15:49
    Azərbaycanın investisiya siyasətində yeni inkişaf mərhələsi
  • 29-09-2026, 14:41
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Yeni iqtisadi gözləntilər nələrdir?
  • 29-09-2026, 14:37
    Azərbaycan investisiya üçün yeni imkanlar və etibarlı tərəfdaşlıq məkanıdır
  • 29-09-2026, 14:26
    Azərbaycanın tranzit imkanları regional iqtisadi əməkdaşlığa yeni dinamika gətirir
  • 28-09-2026, 10:25
    27 Sentyabr – Anım Günü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə