• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

360 nəfər dinc sakini öldürən “müharibə veteranı”: Artıq tamah baş yardı...

Araşdırma

10-01-2025, 09:44
360 nəfər dinc sakini öldürən “müharibə veteranı”:

O, törətdiyi hərbi cinayətləri məharətlə gizlədərək hətta kiçik bir vəzifəyə də sahib olmağı bacarır.

Sovet-alman savaşı sırasında müharibənin ilk həftəsindəcə almanlara könüllü əsir düşür.

Faşistlərə öz cəlladlıq ximətlərini təklif etmişdi.

Bu şəxs 3 il ərzində yüzlərlə sovet vətəndaşını, xüsusilə qadınları, qocaları, uşaqları vəhşicəsinə qətlə yetirməklə tarixə düşür.

Onews.az xəbər verir ki, söhbət Xatın soyqırımın əsas təşkilatçısı Qriqori Vasyuradan gedir.

Belarusun Xatın kəndinin yerlə-yeksan edilməsi, dinc əhalinin yandırılması əməliyyatında Qriqori Vasyura əsas simalardan biri olur...

1915-ci ildə Ukraynada, Çerkask vilayətinin Çiqirin kəndində anadan olur.
Qriqori Vasyura müharibə başlayana qədər bir müddət məktəblərdə müəllimlik edir.
O, sonrakı həyatını hərbi sahəyə bağlayıb, Kiyev Hərbi Rabitə Məktəbində təhsil alıb, bu təhsil ocağını 1936-cı ildə bitirir.

Müharibə başlayanda Vasyura 67-ci motoatıcı diviziyanın rabitə bölməsinə rəhbərlik edir.
Həmin vaxt diviziya Baltikyanı cəbhədə dislokasiya olunur.
Müharibənin 18-ci günündə Vasyura hərbi əməliyyatlar zamanı könüllü olaraq almanlara əsir düşür.
Elə əsirliyin ilk dəqiqələrindən onlarla əməkdaşlıq etmək arzusunda olduğunu söyləyir.
Vasyura bir neçə ay Berlin yaxınlığındakı əsir düşərgəsində saxlanılır.

Sonra onu əsir düşən və könüllü əməkdaşlığa razılıq verənlər üçün nəzərdə tutulmuş təbliğat məktəbinə göndərirlər.
Bu məktəbdə tam kursları keçdikdən sonra Qriqori Vasyura əsirlikdən rəsmi olaraq azad edilir.
Digər Almaniya vətəndaşları kimi bu ölkədə yaşamaq, işləmək, ayrı-ayrı sahələrdə fəaliyyət göstərmək hüququ qazanır.
Bu güzəşt və imtiyazları əldə edən Vasyura yenidən rütbə daşımaq qərarına gəlir.
O, “SS”in yardımçı xidmət dəstəsinə zabit kimi işə qəbul edilir.

Vasyuranın xidmət etdiyi dəstə SSRİ-nin işğal olunmuş ərazilərində fəaliyyət göstərir.
O, bu dəstənin Belarus qrupunun qərargah rəisi vəzifəsinə irəli çəkilir.
Alman “paqon”larını daşıyan Vasyura “SS” tərkibində xidmət edəndə öz həmyerlilərinə qarşı son dərəcə amansız münasibət sərgiləyir.

İşğal olunmuş ərazilərdə dinc sakinlərə divan tutur.
Almanlara satılan ukraynalı zabit Ukraynada və Belarusda yüzlərlə dinc sakini şəxsən özü güllələyir.
Xatın əməliyyatının keçirilməsində isə Vasyura əsas icraçılardan biri olur.

Müharibənin son aylarında Qriqori Vasyura Vermaxtın Fransa istiqamətində dislokasiya olunanan piyada qoşunlarında xidmət edir.

Onun xidmət etdiyi hərbi hissə sovet qoşunları tərəfindən dağıdılanda Vasyura qaçmağa nail olur.
Ancaq 1 həftədən sonra o, qandallanır.

Vasyura sovet xüsusi xidmət orqanlarına izahat verəndə “SS”dəki xidmətini, almanlarla əməkdaşlıq etdiyini gizlədir.
Fransa Müqavimət Hərəkatında fəaliyyət göstərdiyini bildirir.
Vasyuranın istintaqı bir neçə ay davam edir.

O, 1941-ci ildə xidmət etdiyi hərbi hissəni özbaşına tərk etməkdə, müharibə dövründə hərbçi kimi qeydiyyatdan yayınmaqda ittiham olunur.
Beləliklə də onun almanlarla əməkdaşlığı, törətdiyi hərbi cinayətlər heç bir sənəddə öz əksini tapmır.
Kiyev Hərbi Tribunalı Vasyuranı 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum layiq görür.
1955-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin amnistiya haqqında qərarı ilə Vasyura da azadlığa buraxılır.
Azadlığa çıxdıqdan sonra Kiyev vilayətinin Brovarı rayonunda məskunlaşır.
Vasyura qısa müddət ərzində özünü qəhrəman müharibə iştirakçısı kimi tanıtmağa nail olur.
Hərbi məktəblərdə kursantlar qarşısında veteran kimi çıxış edir.

Müharibə illərindəki döyüş yollarından olduqca “maraqlı” səhnələr canlandırmağı bacarır.
Həbsdə olmasının səbəbini isə əsir düşməyi ilə əlaqələndirir.
Cəmiyyətdə yerini daha da möhkəmlətmək üçün Qriqori Vasyura Kommunist Partiyasının sıralarına keçir.
Xruşşov hakimiyyətdə olduğu dövrdə o, Stalinin fəaliyyətini də ara-sıra tənqid etməkdən çəkinmir.
Beləliklə də Vasyura Kiyev vilayətində ictimai şəxs statusunu qazanır.
Fərasətli cəllad çox keçməmiş özünə iş də tapır.
O, Brovarının Velikaya Dımerka kəndində sovxoz direktorunun müavini vəzifəsinə təyinat alır.
Vasyuranın həyat tərzi də digərlərindən fərqlənir.

“Veteran” böyük evə və şəxsi avtomobilə sahib olur.
Vasyura yerini möhkəmlətdikcə iddiaları da artır.
O, 1985-ci ildə Qələbənin 40 illik yubileyi ərəfəsində Mərkəzi Komitəyə bir neçə məktub ünvanlayır.
Bu məktublarda özünə ən yüksək dövlət təltifi istəyir.
Buna haqqı olduğunu bildirir.

Kremldə Qriqori Vasyuranın məktubları araşdırılır.
Rəsmilər qənaətə gəliblər ki, onu ali dövlət mükafatlarının biri ilə mükafatlandırsınlar.
Ancaq bu qərarı qəbul etməzdən əvvəl onun fəaliyyətində kiçik bir araşdırma aparılması vacib sayılır.
Kiçik araşdırmalar isə çox dərinliklərə gedir.
Vasyuranın tərcümeyi-halındakı qaranlıq məqamlarla DTK məşğul olur.
Onun hərbi cinayətlərinin canlı şahidləri tapılır.

Almaniyanın arxivlərindən onun “SS”dəki xidməti haqqında arayışlar üzə çıxır.
Vasyuranın Xatın əməliyyatındakı rolunu təsdiqləyən sənədlər və şahidlər isə bu araşdırmalara son qoyur.
2 il davam edən araşdırmalardan sonra Vasyuraya dövlət mükafatı deyil, ən ağır cəza verilir.

Belarus Hərbi Dairəsinin tribunalında Vasyuranın bütün cinayət əməlləri həm sənədlərdə, həm də şahid ifadələrində öz təsdiqini tapır.
Təsdiq olunmuş faktlara görə, Vasyura Belarusda 360 dinc sakinin qətlə yetirilməsində birbaşa iştirak edir.

Tribunal onu ən ağır cəzaya - güllələnmə hökmünə məruz qalır.
72 yaşlı “müharibə veteranı” 2 oktyabr 1987-ci ildə güllələnir.

Tural Turan
Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Araşdırma

9-01-2025, 11:05

Alman mətbəxinin sirrli üzü: 1500-dən artıq kolbasa və sosisi...

Siyasət

26-10-2024, 10:10

Rus zabit ermənilərin iç üzünü illər sonra belə açdı: Üstümüzə torpaq tökdülər, sonra isə...

Siyasət

25-10-2024, 13:26

Kiyevdə "gizli plan": Qərb savaşı bitirmək istəyir, bəs Kreml? - TƏFƏRRÜAT

Təhsil

23-10-2024, 10:08

“Huawei” bu tarixdə yeni inqilab edəcək

Siyasət

13-01-2025, 17:51

Türkiyə ordusunun ilk azərbaycanlı generalı: O, kimdir?

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Bu gün, 17:04
    27 illik qaranlığın süquta uğradığı gün: 25 oktyabr Qubadlı Şəhəri Günüdür
  • Bu gün, 16:37
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi yaddaşdan gələcəyə uzanan yol
  • Bu gün, 16:31
    Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətinin əsas istiqamətlərini əks etdirir
  • Bu gün, 16:27
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Böyük Qayıdışın təntənəsi
  • Bu gün, 16:24
    prezident ilham əliyevin aqem-in 7-ci zirvə görüşündə çıxışı: azərbaycanın regional və beynəlxalq siyasətinin strateji prioritetləri
  • Bu gün, 16:11
    AQEM-in Bakı Zirvə Görüşü: Regional təhlükəsizlik və beynəlxalq hüququn əhəmiyyəti
  • Bu gün, 16:07
    Zəngilanın dirçəlişi – Böyük Qayıdışın və milli həmrəyliyin təcəssümü
  • Bu gün, 14:37
    Qayıdışın, qürurun və dirçəlişin ünvanı
  • Bu gün, 14:32
    ZƏNGİLAN: QƏHRƏMANLIQ TARİXİNDƏN İNKIŞAF ÜFÜQLƏRİNƏ
  • Bu gün, 14:29
    Zəngilan şəhəri günü: Altı il sonra 20 oktyabr tarixinə fərqli baxış
  • Dünən, 15:48
    Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı: Azərbaycanın beynəlxalq əməkdaşlıq və sülh təşəbbüsləri
  • Dünən, 15:36
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərdən Böyük Qayıdışa
  • Dünən, 15:33
    20 oktyabr Zəngilan şəhəri günü-quruculuq və tərəqqinin yeni mərhələsi
  • Dünən, 15:31
    Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxışı: regional əməkdaşlıq, təhlükəsizlik və Azərbaycanın beynəlxalq rolu
  • Dünən, 15:28
    Azərbaycan–Laos münasibətlərində yeni mərhələ: Əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar
  • Dünən, 15:26
    ZƏNGİLAN — İŞĞALDAN ZƏFƏRƏ DOĞRU
  • Dünən, 15:22
    Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündə çıxışı Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətinin mühüm istiqamətlərini əks etdirir
  • Dünən, 15:11
    Bakı Zirvəsi beynəlxalq əməkdaşlıq və qarşılıqlı etimad üçün yeni imkanlar yaradır
  • Dünən, 15:01
    Füzuli Şəhəri Günü – Milli iradənin və tarixi qayıdışın təntənəsi
  • Dünən, 14:58
    Füzuli: Zəfərdən sonra başlayan quruculuq və dirçəliş yol
  • Dünən, 14:55
    Azərbaycan və Laos arasında münasibətlərin inkişafı üçün yeni imkanlar
  • Dünən, 14:53
    Azərbaycan və Laos arasında dostluq münasibətləri: ənənələrdən gələcəyə
  • Dünən, 14:49
    Azərbaycan-Laos əlaqələrinin inkişafında yeni perspektivlər
  • Dünən, 14:41
    “Füzuli azadlığı ilə tariximizdə, dirçəlişi ilə gələcəyimizdə yaşayacaq.”
  • Dünən, 14:22
    Bakı dünyaya yenə qucaq açdı: İndi etimada sədaqətin bəhrəsini görürük
  • Dünən, 14:11
    Azərbaycan-Laos əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur
  • Dünən, 14:08
    Füzuli şəhəri günü: 17 oktyabrda otuz illik qaranlıq necə aydınlığa çevrildi?
  • 16-10-2026, 12:26
    Azad Füzuli – Azərbaycanın quruculuq və inkişaf salnaməsinin yeni səhifəsi
  • 16-10-2026, 12:14
    17 Oktyabr – Füzuli Şəhəri Günü: Tarixi Zəfərdən dirçəlişə doğru
  • 15-10-2026, 16:12
    Azərbaycan-Laos: ənənəvi dostluqdan əməkdaşlığa
  • 15-10-2026, 16:09
    17 Oktyabr – Füzuli şəhəri günü
  • 15-10-2026, 15:38
    17 Oktyabr – Füzulinin dirçəlişə açılan yolu
  • 14-10-2026, 17:42
    Vahid məktəbli forması — təhsil intizamının və bərabərliyin göstəricisi
  • 14-10-2026, 17:37
    HEYDƏR ƏLİYEVİN DİL SİYASƏTİ VƏ AZƏRBAYCAN DİLİNİN DÖVLƏTÇİLİK STRATEGİYASINDA YERİ: GƏNCLİYİN MİLLİ MƏSULİYYƏTİ
  • 14-10-2026, 17:08
    Məktəblərdə vahid geyim formasının tətbiqi: bərabərlik, nizam-intizam və sağlam təhsil mühitinin təmin olunması
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə