Gürcüstan Daxili İşlər Nazirliyinin daha bir yüksək rütbəli əməkdaşı istefa verib.
Onews.az xəbər verir ki, qonşi ölkənin Xüsusi Tapşırıqlar İdarəsinin yüksək rütbəli zabiti, polkovnik İrakli Şaişmelaşvili vəzifəsini tərk edib.
İrakli Şaişmelaşvili Vaxtanq Qomelauriyə 3 dekabr tarixli məktubunda ailə şəraitinə görə tutduğu vəzifədən azad edilməsini istəyib.
Məlumat üçün bildirək ki, bu il dekabrın 2-də 112-nin əməkdaşı və Akademiyanın taktiki hazırlıq xidmətinin baş təlimatçısı Daxili İşlər Nazirliyini tərk ediblər.
Elgiz