• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

ELNARƏ AKİMOVANIN QƏLƏMİNDƏKİ “ƏDƏBİ FANATİZM”LİK... VƏ YA MƏMMƏD İSMAYILIN ŞEİRLƏRİNİN ÜZƏRİNDƏKİ “GİZLİ YALAN”

Art

3-09-2025, 16:06
ELNARƏ AKİMOVANIN QƏLƏMİNDƏKİ “ƏDƏBİ FANATİZM”LİK... VƏ YA MƏMMƏD İSMAYILIN ŞEİRLƏRİNİN ÜZƏRİNDƏKİ “GİZLİ YALAN”

Bu gün müasir dövr ədəbiyyatşünaslığının ümumi durumu, belə demək mümkünsə, “qanqren” vəziyyəti Rüstəm Kamalların, Əsəd Cahangirlərin, Vaqif Yusiflilərin, Tehran Əlişanoğluların, Elnarə Akimovaların... SƏNƏTin “mutasiyaya” uğramış (uğradılmış!) halına söykənən,.. tərkibcə ədəbi düşüncə tərzinin ibtidai mərhələsini tərk etməyən,.. gerçək ədəbi meyarların inkarından və irrasionalizmdən yoğrulan... TRAFARET YAZILARından açıq – aydın şəkildə bəllidir.

Bu məqamda xüsusilə qeyd etməliyəm ki, ədəbiyyatşünaslığın deqradasiyasının təməlində dayanan həmin “yazıların” yaranmasına zaman – zaman (“yazı” sahiblərinə görə dəyişən) bir neçə amil səbəb olub... səbəb olur:

BİRİNCİSİ,
Təfəkkür olaraq kütləviləşmiş qatı aşa bilməmək, nəticədə isə gerçək ədəbi mahiyyətdən uzaqda dayanmaq AMİLİ.

İKİNCİSİ,
Öz fundamental idraki potensialını müəyyən “maraqlar”ın xroniki əsirinə çevirib, ədəbi prinsiplərə xəyanət etmək AMİLİ.

ÜÇÜNCÜSÜ isə
Sənət meyarlarını bir kənara qoyub, yanaşdığı bədii məhsulun müəllifi qarşısında psixoloji itaətkarlıq sindiromu yaşamaq və o itaətkarlıq sindiromundan doğan “ədəbi fanatizmlik” göstərmək AMİLİ.

MƏHZ BU MƏQAMDA fikirlərimi bir az da konkretləşdirim...

Məsələn, az öncə adını çəkdiyim Rüstəm Kamal kifayət qədər ədəbiyyata, MƏTN həqiqətlərinə, YARADICI XƏTTə bələd olan imzadı. Amma və lakin(!) öz xaraktersizliyi ucbatından(!) illərdi ki, qələmi “maraqların çarxında və çarmıxında” əsrlikdədir, necə deyərlər “can verir”...

... VƏ YAXUD DA(!) hamımızın yaxşı tanıdığı Tehran Əlişanoğlu. Adam mətnin emal və enerji mərhələsini müşahidə edib, çözə bilən, o istiqamətdə mülahizə yürütməyi bacaran şəxsdir. Amma və lakin(!) qələmi bir çox məqamlarda “ədəbi fanatizmlik”də sürgündədir...

... FİKİRLƏRİMİN BU YERİNDƏ “yazısı” haqqında söz açacağım Elnarə Akimovanın qələmində isə bütün bunların (“maraqlara” xidmət, “ədəbi fanatizmlik” və.s) hamısı yer alır. Həm də birmənalı şəkildə!..

... Demək, bu günlərdə məhz həmin Elnarə Akimovanın “ədəbi fanatizm”lik üzərində Məmməd İsmayılın şeirləri ilə bağlı qələmə aldığı rabitəsiz, eyni zamanda düşüncənin psixoloji təzimetmə manerasından qaynaqlanan, “boz ədəbiyyat”ın konservatizmliyini ifadə edən, qeyri - peşəkar təhlil mexanizminə söykənən bir “yazısını” oxudum. Sözün mənfi mənasında heyrətlənməmək mümkün deyil...

“Yazı” boyu ümumiləşmiş cümlələrlə eləcə nədən danışır (VƏ YA özünü nədən danışmağa vadar edir) Elnarə Akimova?

Gah Məmməd İsmayılın yaşantılarından, gah onun üz tutduğu mövzulardan, gah da dünyanın, dövrün gedişatından, o gedişata Məmməd İsmayılın münasibətindən söz açıb, sənətə yad olan amillərin fonunda (emosionallıqdan, populizmdən, müəllifə pərəstişdən yola çıxaraq) Məmməd İsmayılın yazdıqlarını ƏDƏBİYYAT adı altında təqdim etməyə cəhd edir. Sadəcə cəhd edir, nail olmur!..

TƏBİİ Kİ(!), bu cəhd Məmməd İsmayılın şeirləri üzərində Elnarə Akimovanın qələminin danışdığı “gizli yalandır”. Bəli, “gizli yalan”!..

Məsələn, Elnarə Akimova həmin “yazı”nın bir hissəsində qeyd edir:

“...1990-cı ildə baş verən 20 Yanvar faciəsindən sonra bu qanlı hadisənin bədii əksini ədəbiyyatda ifadəyə çalışan və vətəndaşlıq qayəsi ilə işıqlandıran şairlərdən oldu M.İsmayıl. Faciənin baş verməsindən az sonra qələmə alınan "Bu qan yerdə qalan deyil" şeiri öz uzaqgörən notları ilə ağrının fəlsəfi-poetik dərkində bədii-estetik siqlətini bu günədək qoruyub saxlayan nümunələrdəndir:

Bir Ay adı, bir gün adı
Tapındığım görkün adı.
Yerdə qalmaz Türkün adı,
Yerdə qalmaz yurdun adı,
Yerdə qalmaz qurdun adı, -
Bu qan yerdə qalan deyil.
Bu qan yerdə qalan deyil!”

ƏVVƏLA, Elnarə Akimova bu kimi “boz şeir”lərin eyforiyasından azad ola bilirsə(!), ÖNCƏ AZAD OLUB, daha sonra isə SƏNƏT, SƏNƏTKARLIQ rakursundan cavab versin görək nümunə kimi təqdim etdiyi Məmməd İsmayılın bu şeiri mahiyyətcə MƏTNi, yaradıcı təfəkkürü ehtiva edə bilirmi(?)... bilibmi(?)... ümumiyyətlə heç SƏNƏTdirmi?

Axı, ilin – günün bu çağında bu kimi “boz təqdimlər”ə nə hacət, Elnarə Akimova?..

... Demək olar ki, bütün çıxışlarımda yaradıcılığın aksiomatikası hesab edilən SƏNƏT NƏDƏN YAZMAQ DEYİL, NECƏ YAZMAQDIR prinsipini dönə – dönə vurğulamışam.

İNDİ Elnarə Akimova təqdim etdiyi hissəyə rəğmən deyə bilərmi ki, (həyatda, cəmiyyətdə baş verən) bir faciə mövzu olaraq Məmməd İsmayılın qələmində novatorluqla ədəbi təfəkkürdən emal olunub, BƏDİİ MƏTN halına gələ bilibmi? Əlbəttə ki, yox!

(Həmin “yazı”da sənətkarlıq nümunəsi kimi göstərilən bu kimi “boz şeir”lərdən hissələr çoxdu, hələ mən birini sizlərə təqdim etdim.)

Elnarə Akimova bilməli idi ki(!)... bilməlidi ki(!), azacıq ciddi ədəbiyyata, yaratmaq potensialının fəlsəfəsinə bələd olan istənilən bir fərd çox sərrast şəkildə müşahidə edib, fərqinə vara bilər ki, Məmməd İsmayılın şeirlərinin mahiyyətinin mənbəsi idraki qatda mövcud olan SPESİFİK YARADICI LABORATORİYAnın FÖVQƏL ENERJİ ilə vəhdəti deyil. Çünki ciddi sənətin əsasını, özülünü təşkil edən bu vahid ƏDƏBİ MEXANİZM, bu ALİ KOD Məmməd İsmayılda heç vaxt mövcud olmayıb...

Bir az da obrazlı şəkildə desək, Məmməd İsmayılın şeirlərində ədəbi düşüncənin “ibtidai icma quruluşu”, ibtidai halı... daim hökm sürüb. Orada rabitəsiz səslər, ahəng, pafos, sentimentallıq... və bu kimi ibtidai mərhələnin göstəricisi olan müəyyən amillər özünü ortaya qoyub. Ona görə də bütün zamanlarda Məmməd İsmayılın qələmi SƏNƏTi ehtiva edən yetkin mətndən, irrasional düşüncə ştrixlərinin inkarında dayanan yaradıcı emalatxananın iş prinsipindən, ümumbəşəri mətn novatorluğundan birmənalı şəkildə uzaq olub...

... Düşüncələrimin yekunu olaraq, çağdaş dövr ədəbiyyatşünaslığına (eləcə də əksər ədəbiyyatşünaslara!) “ədəbi xütbə vərdişləri”ndən, hazırkı “tendensiya”dan xilas olmağı arzulayıram!..

Emil Rasimoğlu
şair-publisist
Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Art

24-02-2026, 12:08

Məmməd İsmayılın “boz ədəbiyyat”ı... və ya xroniki mətnsizlik sindromu

---

19-09-2024, 11:51

Bunlar çox incə və ciddi mətləblərdi... - Emil Rasimoğlu YAZIR

Art

1-02-2026, 15:04

BƏXTİYAR VAHABZADƏNİN “GİZLƏDİLMİŞ” UĞURSUZLUĞU... – FƏRQLİ RAKURS

Siyasət

26-08-2024, 10:00

Bəxtiyar Vahabzadə mövzusuna yazdığım epiloqa SÖZARDI...

Köşə

16-02-2025, 15:54

Onlar birbaşa sənəti ifadə etmir... - KÖŞƏ

Art

2-02-2026, 13:55

Sabir Rüstəmxanlı "xroniki pafos"dan azad olmalıdır - TƏRS BUCAQ

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • 18-08-2026, 13:01
    Ruhun dövrdəki mənəvi çöküşü - Tural İbrahimov YAZIR
  • 13-08-2026, 16:02
    Naxçıvanın yeni inkişaf səhifəsi: Gənclərin gözü ilə parlaq sabahımız
  • 13-08-2026, 15:18
    Naxçıvan: uzaqgörən siyasətin və davamlı inkişafın diyarı
  • 13-08-2026, 14:39
    Naxçıvanın davamlı inkişafı və güclənən strateji əhəmiyyəti
  • 13-08-2026, 14:29
    Naxçıvanın Avrasiya nəqliyyat xəritəsində mövqeyi möhkəmlənir
  • 13-08-2026, 14:24
    Prezident İlham Əliyevin Naxçıvana səfəri və Naxçıvanın inkişaf perspektivləri
  • 10-08-2026, 16:48
    COO platformasına “Startap” şəhadətnaməsi verilib
  • 6-08-2026, 03:35
    Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri
  • 5-08-2026, 19:13
    Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının artırılması: iqtisadi əməkdaşlığın yeni inkişaf mərhələsi
  • 3-08-2026, 22:45
    Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri Azərbaycan-Qırğızıstan münasibətlərində yeni mərhələdir
  • 2-08-2026, 18:49
    Strateji müttəfiqlik Azərbaycan–Qırğızıstan əlaqələrini gücləndirir
  • 2-08-2026, 15:17
    Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri: Azərbaycan–Qırğızıstan müttəfiqliyinin yeni inkişaf mərhələsi
  • 2-08-2026, 15:10
    Azərbaycan–Qırğızıstan münasibətləri: dostluqdan strateji tərəfdaşlığa doğru
  • 1-08-2026, 19:18
    Qardaş ölkəyə səfər, yeni hədəflər: Azərbaycan–Qırğızıstan münasibətlərində növbəti güclü dönəm
  • 1-08-2026, 18:48
    Azərbaycan Orta Asiyaya da günəş kimi doğur
  • 1-08-2026, 15:20
    Azərbaycan Dilinin Zəfəri-Milli Birliyimizin Rəmzi
  • 30-07-2026, 22:15
    Dilimiz varlığımızdır. Dilimiz kimliyimizdir. Dilimiz Vətənimizin səsidir.
  • 30-07-2026, 16:40
    1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
  • 30-07-2026, 16:15
    1 Avqust – Azərbaycan Əlifbası və Ana Dili Günü
  • 30-07-2026, 16:12
    1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü: Ana dilimiz milli kimliyimizin və dövlətçiliyimizin əbədi təməlidir
  • 29-07-2026, 17:30
    Azərbaycan dili-milli birliyimizin və dövlətçiliyimizin təməlidir
  • 29-07-2026, 16:18
    1 Avqust- Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü: Milli - Mənəvi Kimliyimizin Sütunu – Azərbaycan Dilinə Dövlət Qayğısının
  • 29-07-2026, 15:49
    Azərbaycan dilinin və əlifbasının dünəni, bugünü və gələcəyi.
  • 29-07-2026, 15:30
    Azərbaycan dili milli birliyimizin və mənəvi irsimizin təməlidir
  • 29-07-2026, 15:13
    Ana dilimiz milli varlığımızın ifadəsidir
  • 29-07-2026, 15:08
    Ana dilimizə hörmət - gələcəyimizə qoyulan ən dəyərli töhfə
  • 28-07-2026, 23:22
    Əlifba – Millətin Yaddaşı Dilin Gücü və Müstəqilliyin Rəmzi
  • 28-07-2026, 20:32
    1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili: Milli kimliyimizin ən dəyərli xəzinəsi
  • 28-07-2026, 14:41
    Görünməz Dünyanın Qəzəbi: Bakteriyalar və İnsan Enerjisi...
  • 24-07-2026, 15:34
    Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri
  • 24-07-2026, 15:34
    Ölkə başçısı Şuşadan bütün dünyaya hansı mesajları çatdırdı?
  • 23-07-2026, 22:54
    Azərbaycan–Almaniya iqtisadi əməkdaşlığı: Dayanıqlı inkişaf və maliyyə sabitliyinə aparan yol
  • 23-07-2026, 22:52
    Azərbaycan – Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi: Berlin səfərinin siyasi və iqtisadi əhəmiyyəti
  • 23-07-2026, 22:50
    22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 23-07-2026, 22:46
    Azərbaycanın yüksələn nüfuzu Berlin görüşündə təsdiqini tapdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə